Tarix : 2018 Jul 20
Kod 55891

`Ənsərullah` liderindən Hudeydə açıqlaması

"Ənsərullah" hərəkatının lider Əbdül Malik Husi yəmənlilərin əl-Hudeydədən çıxması təklifinin gülünc olduğunu və qəbul edilməyəcəyini söyləyib.

Arannews-Maide.Az xəbər verir ki, o, bu barədə Fransanın "Le Fiqaro" qəzetinə müsahibəsində bildirib. 

Husi BMT-nin Hudeydə üzərində nəzarət və logistika rolunu həyata keçirməsini qəbul etdiklərini, lakin bunun qarşılığında şəhərə hücumların dayandırılmasını istəyib. 
Qeyd edək ki, liman şəhəri olan Hudeydə 2014-cü ildən "Ənsərullah"ın nəzarətindədir. 
S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri bu ilin əvvəlindən etibarən Hudeydəni mühasirəyə alıb.
 BMT şəhərə hücumları dayandırmağı və şəhəri BMT-nin nəzarətindəki bir komitəyə vermək üçün tərəflərlə razılığa gəlməyə çalışır.
 Onu da bildirək ki, koalisiya qüvvələrinin 2015-ci ildən bəri Yəmənə təcavüzü nəticəsində 2200-ü uşaq olmaqla 10 mindən çox yəmənli öldürülüb.


  • Yazılıb
  • da (də) 2018 Jul 20
  • Göndərən مدير سايت Aran News