Tarix : 2018 Jul 21
Kod 55898

İsrail yəhudi dövləti olduğunu rəsmən elan etdi – Daha 2 milyon ərəb təhlükədə

İsrail Knesseti ötən gün keçirdiyi iclasında “İsrail yəhudi millətinin dövləti” qərarını səs çoxluğu ilə qəbul edib.

Arannews-Ötən gün İsrail Knessetində sionist rejimi ilə bağlı ən qalmaqallı qərarlardan biri müzakirəyə çıxarılıb.İlk növbədə rəmzi və somvolik görünən bu qərarın gələcəkdə İsrail vətəndaşlığını daşıyan 1.8 milyon ərəb azlığına ciddi mənfi təsirlərin göstərəcəyi gözlənilir.120 deputatdan təşkil edilən İsrail Knesseti “Millətin Dövləti” adlı qanunu qəbul edib.İlk reaksiyalardan biri baş nazir Benyamin Netanyahudan gəlib. O bildirib ki, “Bu,sioniszmin tarixində və İsrail dövlətinin tarixində çox fərqli və ehtişamlı andır.”İsrail knessetində olan ərəb deputatlar qanun layihəsi səsəs qoyulan kimi onu cırıblar.İlk baxışda bu qanun rəmzi görünsə də onun “İsrail yəhudi xalqının tarixi vətəni və dövlətidir” və “Bu dövlətin yolunu və taleyini bəlli etmək yalnız yəhudi xalqına məxsusdur” kimi məzmuinları 1.8 milyon ərəbi və xristianları və sair azlıqların gələcəyini ciddi şəkildə təhlükə altına atır.Sözügedən qanun çərçivəsində gəlib ki, “dövlət yəhudi yaşayış massivlərinin (işğal edilən Fələstin ərazilərində) salınmasını milli dəyər bilir və onun genişləndirilməsinə təşviq və dəstək edəcək.

  • Yazılıb
  • da (də) 2018 Jul 21
  • Göndərən مدير سايت Aran News