Tarix : 2018 Jul 21
Kod 55899

Blokadanı yaran gəmilər tezliklə İtaliyadan Qəzzaya yola düşəcək

Beynəlxalq Blokadanı Yarmaq Komissiyası 2017-ci ilin may ayında “Fələstin üçün ədalətli gələcək!” şüarı ilə Avropanın şimalından yola düşən gəmilərin bu gün (20 iyul) Avropadakı son dayanacaq olan İtalyanın Siciliya adasından Qəzzaya doğru yola düşdüyünü bildirib.

Arannews-Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, komissiya verdiyi mətbuat açıqlamasında, bu təşəbbüslə 11 ildir Qəzzaya tətbiq olunan mühasirəni yarmağı və Fələstin xalqının hərəkət azadlığını və vətəninə dönüş haqqını möhkəmləndirməyi qarşısına məqsəd qoyduqlarını bildirib: 
“Bir neçə gəmidən ibarət Beynəlxalq Koalisiyanın planı, bu gəmilərlə işğal və mühasirədə olan, bu mühasirə ilə iki milyon insanın böyük bir zülm gördüyü Qəzza xalqına, onlarla həmrəy olan və insanların sevgi mesajını çatdırmaq istəyən fəalları aparmaqdır. 
Ancaq Qəzzadakı xəstəxanalarda dərman vasitələrin tükənməsi, xəstələrin böyük bir təhlükə altında olması, insanların səhiyyə sahəsində böyük bir faciə ilə üzləşmələri səbəbindən və Böyük qayıdış yürüşü nümayişlərində yaralananların çağırışlarına və yaralılardan bəzilərini ən son çarə olaraq, xaricdə müalicə almaq üçün balıqçı gəmisi ilə bölgədən çıxmaq istəyəndə, işğalçı qüvvələr tərəfindən həbs olunanların yardım çağırışlarına cavab vermək üçün dərman və tibbi ləvazimat daşımağı qərara aldıq”.
Blokadanı yarmaq gəmilərinə böyük dəstək verən xalqlara və bir çox ölkədən siyasətçi və fəallara minnətdar olduqlarını qeyd edən Komissiya, Qəzza xalqı ilə həmrəylik məqsədilə gəmilərdə iştirak etmək üçün müraciət edənlərə və təşəbbüsə dəstək üçün səsli mesaj göndərən britaniyalı aktyor Rocer Uotersə təşəkkür etdiklərini bildirib.
Komissiya açıqlamasında, həmçinin gəmilərin etdiyi səfərin bir qismində iştirak edib ölkəsinə qayıdan əlcəzairli deputat Nabi Həbri ilə Qəzza səfərinə qoşulmaq üçün İtaliyanın Siciliya adasına gələn iordaniyalı parlament üzvü Yəhya Əs-Səudun göstərdiyi mövqeyi təqdirlə qarşıladıqlarını qeyd edib.

  • Yazılıb
  • da (də) 2018 Jul 21
  • Göndərən مدير سايت Aran News