Tarix : 2008 Jul 01
Kod 5590

Ankara Sarkisyanın İrəvana dəvət etməsindən məmnundur

Qazanc dalınca qeyri-leqal yollarla Türkiyəyə keçən ermənilərə münasibətdə də loyallıq hiss olunur
Türkiyə Servisi/Aran Agentliyi
   Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidenti Abdulla Gülü İrəvana dəvət etmək niyyəti Ankarada müsbət qarşılanıb. Bu barədə hakimiyyətdəki mənbələr bildiriblər.
    Qəzet qeyd edir ki, Sarkisyanın prezident seçilməsindən sonra iki ölkə arasındakı münasibətlərdə nisbi yumşalma hiss olunur. Sarkisyanın prezident Abdulla Gülü futbol üzrə Türkiyə-Ermənistan oyununa baxmaq üçün İrəvana dəvət etmək niyyəti, eləcə də İrəvan-Antalya təyyarə reysinin açılması bunu sübut edir: “Qazanc dalınca qeyri-leqal yollarla Türkiyəyə keçən ermənilərə münasibətdə də loyallıq hiss olunur. Üç il ərzində onların sayı 40 mindən 70 minə kimi yüksəlib. Bu gün Türkiyə 160 milyonluq mal dövriyyəsi ilə Ermənistanın xarici ticarətdə üçüncü böyük tərəfdaşıdır”.
  • Yazılıb
  • da (də) 2008 Jul 01