Tarix : 2018 Jul 21
Kod 55901

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram" - Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, regionda müharibənin yenidən başlaması təhlükəsi həmişə mövcuddur və buna hazır olmaq lazımdır. Lakin onun fikrincə Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın

Arannews-Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğu barədə bəyanat verib.  İslaminSesi xəbər verir ki, Paşinyan bu haqda mətbuat konfransında deyib. 

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün material var” - Nikol Paşinyan bildirib.

 Ermənistan baş naziri əlavə edib ki, etimad mühiti olmalıdır və bunsuz münaqişəni həll etmək mümkün deyil.

 “Hamı başa düşür ki, Rusiya superdövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir. İnana bilmərəm ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi məndə əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz”-Paşinyan deyib.

  • Yazılıb
  • da (də) 2018 Jul 21
  • Göndərən مدير سايت Aran News