Tarix : 2018 Jul 22
Kod 55905

İrandan nüvə sənədlərinin oğurlandığı iddiasına REAKSİYA

İranın BMT nümayəndəliyi mətbuat katibi Əlirza Mir Yusifi İsrailin İranın nüvə proqramının gizli sənədlərini oğurladıqları iddialarına reaksiya göstərib.

Arannews-İslamazeri.com xəbər verir ki, sionistlərin iddialarını mənasız və gülməli qiymətləndirən Mir Yusifi İran İslam Respublikasının kütləvi qırğın silahları haqqında hər zaman şəffaf olduğunu vurğulayıb.
Mir Yusifi, Tehran bu qədər həssas məlumatları ucqar bir guşədə tərkedilmiş bir anbara qoyduğu iddiasının mənasız bir komediya olduğunu ifadə edib.
Əlirza Mir Yusifi sionistləri qəribə və əcaib iddialarla Qərbli həmkarları bu cür şeylərə inandırmağa çalışdıqlarının anlaşıldığını vurğulayıb.

  • Yazılıb
  • da (də) 2018 Jul 22
  • Göndərən مدير سايت Aran News