Tarix : 2018 Jul 23
Kod 55907

Qürbətdə qalmış Qarabağ-Mənsur Həqiqətpur

İslami Şura Məclisinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sabiq sədr müavini Qarabağla bağlı məqalə yazıb.

AranNews-in “Millət Evi” saytına istinadla verdiyi xəbərə görə, İslami Şura Məclisinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sabiq sədr müavini Mənsur Həqiqətpur Qarabağın vəziyyəti ilə bağlı məqalə yazıb. Məqaləni təqdim edirik:Müsəlmanların torpağının bir hissəsi olan Qarabağ illərdir ki, erməni təcavüzkarlarının işğalı altındadır. Erməni yağılarının işğalında olan bu torpaqlar müsəlman-şiə ölkəsi Azərbaycanın ərazisinin 25 faizini təşkil edir.Erməni təcavüzkarları Rusiyanın əməli dəstəyi, Amerika və İsrailin yaşıl işığı ilə Qarabağı işğal etdilər. Minsk qrupu da təcavüzü dəstəkləmək çaşnisi və məsələni uzatmaqla faktiki olaraq işğalı təsdiq etmişdir.Bu vəziyyətdən istifadə edən erməni təcavüzkarları daha da cürətlənərək Qarabağın ətrafında ələ keçirdikləri bir neçə şəhəri də işğalda saxladılar. Bu hadisədən on illər ötməsinə baxmayaraq, həmişə minarələridən azan və münacat səsləri eşidilən müsəlman torpaqları hələ də erməni işğalında qalmışdır, onun divar və səmasına qəriblik tozu qonmuşdur.

Daha çox insani potensialı və daha çox marağı olan Azərbaycan dövləti nə üçün Qarabağı azad edə bilmədi? Bu məsələnin beləcə davam etməsi, Azərbaycanın mövcud durumdan razı olması mənasını daşıyırmı?Sual budur:

1. Qarabağı azad etmək üçün Azərbaycan dövlətinin kifayət qədər gücü yoxdurmu?
2. Qarabağı azad etmək üçün Azərbaycan dövlətinin strategiyası düzgün seçilməyibmi?

3. Azərbaycan dövlətinin Qarabağı azad etmək təfəkkürünü genişləndirmək üçün milli gücə əsaslanan iradəsi yoxdurmu?

4. Azərbaycan dövləti Qarabağı azad etməkdə siyasi tələyə düşərək döyüş meydanını, cidahı tərk edibmi və on illərdir ki, bu tələdən çıxa bilmirmi?

5. Bu tələdən xilas olmaq mümkündürmü?

Və bunlar kimi onlarla sual Qarabağın qəribliyinin sirrini açmaq, onun yaralarına məlhəm qoymaq, müsəlmanların bu torpağının İslam aləminə qayıtmasına zəmin yaratmaq üçün ortaya qoyulmalıdır. Amma belə nəzərə gəlir ki, Azərbaycanın dövlət adamlarının Qarabağı azad edə bilməməsinin səbəbləri aşağıdakı amillərə bağlıdır:

1. Dövlət adamlarının Qarabağı azad etməyə milli əhəmiyyət verməməsi;

2. Qarabağı azad etmək üçün milli iradənin yaradılmaması və xalq potensiallarından faydalanmaması;

3. Azərbaycanın dövlət adamlarının Minsk qrupunun siyasi tələsinə düşməsi;

4. Azərbaycanın milli proqramlarında hərtərəfli müdafiə layihəsinin öndə dayanmaması;

5. Mövcud sülh və onun qorunması istiqamətində gizli siyasi anlaşmanın olması ehtimalı;

6. İslam aləminin və qonşu ölkələrin siyasi, psixoloji və cihadi potensiallarından faydalanmaması;

Azərabaycan bu potensiallardan istifadə etmək zəminində böyük qəflətə yol verib və hal-hazırda onun ziyanını çəkir.

Bu potensialdan Suriya dövləti istifadə etdi, öz dostlarının imkanlarından faydalanmaqla düşmənlərin məkirli planlarını zərərsizləşdirdi və indi də öz torpaqlarına hakimdir.

Hər halda reallıqlardan yararlanmamaq İslam aləminin canının bir hissəsi olan Qarabağın qürbətdə qalmasına səbəb olmuşdur və Azərbaycanın dövlət məsulları tarix boyu bu məsələyə görə dünya müsəlmanlarına cavab verməli olacaqlar. Bu rüsvaylıq ləkəsi Azərbaycan ölkəsinin bütün məsullarının adına yazılacaq. Gözlənti budur ki, belə bir həssas tarixi şəraitdə Azərbaycan məsulları vərəqi dəyişsinlər və rüsvaylıq ləkəsini iftixar medalına çevirsinlər.

Azərbaycanın dövlət məsulları bilməlidir:

1. Amerikaya hakim zatı xəbis dövlət öz xəbis hərəkətləri və məxməri inqilabla Ermənistanda hökuməti dəyişdi və bu gün İrəvan Vaşinqtondan gələn tapşırıqlara əməl edir;

2. Yuxarıda qeyd olunan hərəkətlə Rusiya Ermənistandan geri çəkilmişdir;

3. Amerika dövləti Qarabağın müstəqilliyi barədə öz planını gələn aylarda həyata keçirəcək;

4. Ermənistanda hakimiyyətdə olan əlaltı dövlət, Amerikanın Qarabağ barədə fikirlərini qəbul edəcək;

5. Amerikanın Azərbaycana qarşı qəzəbli davranış və təşviq siyasəti həyata keçirməsi ilə Azərbaycan da Amerikanın planlarına ciddi etiraz edə bilməyəcək;

6. Qarabağın müstəqil olması ilə Amerikanın ilk addımı İran və Rusiya sərhədlərinə yaxın olmaq üçün Qarabağda hərbi baza yaratmaq olacaq;

7. Amerikanın Qarabağ və Cənubi Qafqazda hərbi iştirakı İran, Rusiya, Türkiyə və Azərbaycan ölkələrinin təhlükəsizliyini təhdid edəcək. Sözsüz, İsrail və Ərəbistan da bu proqramı dəstəkləyəcək.

Bu tarixi dövrdə Azərbaycan dövlətinin ağır vəzifəsi düşmənin oyununu pozmaqdır və bu mühüm məsələ aşağıdakı strategiyalarla mümkündür:

1. Strateji baxışı Minsk qrupuna ümidvar olmaqdan milli iradəyə arxalanmaq səmtinə dəyişmək;

2. Qarabağı azad etmək istiqamətində milli iradə yaratmaq;

3. Azərbaycanın müdafiə qüdrətini fövqəladə şəkildə gücləndirmək;

4. Azərbaycanın müdafiə və hərbi potensiallarına kömək etmək istiqamətində İslam dünyasının müqavimət və cihad potensiallarından faydalanmaq;

5. Qarabağın azad olunmasını milli layihədə öndə saxlamaq;

6. Amerikanın regional nökərləri olan İsrail və Hicaza hakim rejimlərlə siyasi, iqtisadi, mədəni və hərbi əlaqələri məhdudlaşdırmaq;

7. Ölkənin ərazi bütövlüyünü qorumaq üçün Azərbaycanın qonşularından kömək istəmək;

8. Xalqın dindarlıq əhval-ruhiyyəsini diriltmək, dini təfəkkürlə düşmənçilikdən çəkinmək. Çünki Azərbaycan ölkəsinin dindarları Qarabağı satmayacaqlar.

  • Yazılıb
  • da (də) 2018 Jul 23
  • Göndərən مدير سايت Aran News