Az. R. hökumətinin rəsmi hesabatlarına əsasən Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın vətəndaş qaçqın və məcburi köçgün şəraitində yaşayır.
Azerbaijan Servisi/Aran Agentliyi
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı "FAO" bazar ertəsindən etibarən Az. R-nin müharibə qaçqınlarına ayırdığı yardımlarını dayandırmışdır.
Az. R müharibə qaçqınları üzrə dövlət komitəsi bildirib ki, həmin hərəkət nəticəsində bundan sonra qaçqınlara yardım yalnız respublika hökumətinin tərəfindən həyata keçiriləcək.
FAO 1994-cü ildən bəri Az. R-nin 70 min nəfərlik müharibə qaçqınına məlum miqdarda yardımlar göstərirdi.
Az. R. hökumətinin rəsmi hesabatlarına əsasən Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın vətəndaş qaçqın və məcburi köçgün şəraitində yaşayır.
Deyilənlərə görə, Az. R-nin rəsmi dairələrində və əlaqədar orqanlarında rüşvətxorluq və korrupsiyanın baş alıb getdiyi üzündən, onsuz da qənaətbəxş olmayan beynəlxalq yardımların qaçqınlarına şəraitinin yaxşılaşmasında hansısa bir təsir etməsinə mane olub.