Tarix : 2018 Jul 22
Kod 55910

Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 21-də dövlət sərhədinin cənub-qərb hissəsində olub və hərbçilərin növbətçiliyini müşahidə edib.

Arannews-Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 21-də dövlət sərhədinin cənub-qərb hissəsində olub və hərbçilərin növbətçiliyini müşahidə edib.Virtualaz.org xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində nazirliyin mətbuat katibi Artsrun Ovannisyan yazıb.

“Ermənistan Müdafiə Nazirliyinin başçısı yüksək rütbəli zabitlərlə ön xətt qoşunlarının yenidən silahlanması məsələlərini müzakirə edib.Tonoyan həmçinin xidmətdə fərqlənmiş hərbçilərlə söhbət edib və onları mükafatlandırıb”, - məlumatda deyilir.

Xatırladaq ki, iyulun 6-da da Ermənistan Müdafiə Nazirliyinin başçısı Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədində olmuşdu.

  • Yazılıb
  • da (də) 2018 Jul 22
  • Göndərən مدير سايت Aran News