Tarix : 2018 Jul 22
Kod 55911

Netanyahunun dostu Babuna ilə Hülya Avşar türkiyəlilərin ilik və qanını İsrailə niyə daşıdı1

Türkiyədə günün əsas mövzusu olan Adnan Oktar və kediciklərinin həbsi dəhşətli sirlərin üstünü açmaqdadır

Arannews-Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Adnan Oktarın ən yaxın adamı, xarici ölkələrdə, daha çox İsrail və Amerikada bu şəbəkənin əlaqələrini quran Oktar Babuna da həbs olunanlar arasındadır.Oktar Babuna Türkiyənin tanınmış professoru Cevat Babunanın oğludur. Lakin Adnan Oktara qoşulduqdan sonra Oktar Babuna ata-anasından imtina etdi. Ata-anası Adnan Oktarı məhkəməyə verdikdə isə qız övladları da onları tərk edib qardaşlarının yanına getdilər. Onlar arasında ən tanınmışı Alev Babuna idi ki, estetik əməliyyatdan sonra tam dəyişərək Adnan Oktarın sağ əlinə çevrildi. Dindirmələr zamanı bəlli olub ki, Alev Babunanın missiyası Adnan Oktarın şəbəkəsinə qız ovlamaq olub.Lakin bütün bunlar Oktar Babunanın etdikləri ilə müqayisədə çox azdır.

Oktar Babuna İtaliya Böyük Mason Lojasının rəhbərlərinin sevimlisidir. Onun masonluq dərəcəsi var

Qeyd edək ki, Oktar Babuna 1987-ci ildə İstanbul Üniversitetinin Tıbb fakültəsini bitirib. O, öncə atası Cevat kimi ginekoloq olsa da sonradan neyrocərrahiyə sahəsini, beyin cərrahlığını seçir. O, təhsilini davam etdirmək üçün 1988-ci ildə Amerikaya getdiyini söyləyir. 1994-cü ildə Türkiyəyə dönəndən sonra Şişli Etfal xəstəxanasında çalışmağa başlayır.1999-cı ildə Oktar Babuna qan xərçəngi olduğunu elan etdi. Bir qəzetdə gedən açıqlamanın ardınca Türkiyənin tanınmış şou ulduzu Hülya Avşar kampaniyaya başladı və bütün Türkiyəni qan verməyə, doktoru xilas etməyə çağırdı. Qəfil başladılan kampaniya heç də qəfil başladılan işə oxşamırdı. Sanki öncədən ölçülüb-biçilmiş plan əsasında gedirdi işlər.Kampanyada 160 min insandan ilik və qan nümunələri götürüldü. Bu qədər nümunənin hamısı Almaniyaya Stefan Morsch Fonduna  donor seçimi üçün göndərildiyi deyildi. Stefan Morsch Fondunun qurucularından olan Susanna Morsch isə “Haberturk”un sorğusunu cavablandırarkən bildirib ki, onların fonduna 160 min deyil, 15 min nümunə gəlib.15 gün, uzağı bir aya qədər ömrü qaldığı deyilən Oktar Babuna isə əslində xəstə deyildi. O zaman bu kampaniya kimin planı idi və nəyə xidmət edirdi? Cavab çox dəhşətlidir. Aşağıda yerləşdirdiyimiz videolarda bu barədə geniş məlumat verilir. Lakin öncədən xatırladaq ki, 160 min ilik və qan nümunəsindən 120 mini yoxa çıxdı və bu günə qədər də taleyi bəlli deyil.Əslində bu nümunələrin Adnan Oktarın vasitəsiylə Amerika və İsrailə göndərildiyi bəlli oldu.

Oktar Babuna İsrail hökumətinin sevimlisidirO zaman “Akit” və “Milli” qəzetləri 16 səhifəsini bu kampaniyaya həsr etmidi. Lakin kampanyada şübhəli məqamları sezən səhiyyə naziri Osman Durmuş istintaq başladılmasına qərar verdi. Artıq Türkiyədə dayandırılan qan və ilikvermə kampaniyasını Oktar Babuna Avstraliyada başlatsa da Türkiyə rəsmiləri bu kampaniyanı dayandıra bildi.Amma bütün bu qədər cinayət izinin açıq qalmasına baxmayaraq Oktar Babuna günbəgün daha da irəliləmədədir. O, Türkiyə xalqının qanını, iliyini daşıyıb Amerika və İsrailə aparsa da əl-qolunu yanına sallayıb ortalıqda gəzir, Adnan Oktarın canlı yayımlarında xalqa əxlaq və islamdan danışır, rəqs edir. Çox maraqlıdır bəs Türkiyə rəsmiləri niyə bu şəbəkəyə bu qədər geniş imkanların yaranmasına göz yumurdu?

Oktar Babuna krallar kimi yaşayır. Onun özəl uçağının olduğu da iddialar arasındadırArtıq hər kəsə bəllidir ki, Adnan Oktar 33 dərəcəli masondur. Ona bu dərəcəni və medalı isə canlı yayımda təqdim etdilər. Eyni zamanda Adnan Oktar da onun əhatəsi də bütünlükdə bu şəbəkə İsrail və Amerika rəsmiləri ilə əlbir olduqlarını öz əməlləri ilə sübuta yetirdilər. Oktar Babunanın İsrailin baş naziri Binyamin Netanyahu ilə yaxınlığı da bəlli məqamdır.Eyni zamanda Adnan Oktarın 86 şirkətinin olması onun arxasında necə böyük qüvvələrin dayandığını göstərir. Məhz o qüvvələr Adnan Oktara canlı yayımda dedirdi ki, Quranda, İslamda qadının qapanması, örtünməsi yasaqdır. Qadının örtüyü hicab deyil, biknidir. İyrənc şəkildə qrimlənmiş yarıçılpaq qızlarla canlı yayımda çıxardığı məzhəkələrə “bu islamdır” deyirdi. Milliyətcə yəhudi olan Adnan Oktarın missiyalarından biri də və ən əsası da islamı gözdən salmaq və aşağılamaq idi.

İsrailin baş naziri Binyamin Netanyahu iləAdnan Oktar dəfələrlə həbs edilib. Lakin onun həbs cəzası uzun çəkməyib. Bu dəfə də uzun çəkəcəyi inandırıcı deyil. Çünki Adnan Oktarın arxasındakı qüvvələr Türkiyə dövlətindən daha güclüdür. Bu gün insana yaraşmayan bütün pisliklərlə məşğul olan və haqqında 34 maddə ilə cinayət işi qaldırılan Adnan Oktar Türkiyə dövlətindən daha güclü olduğunu yenə sübut edəcək.

  • Yazılıb
  • da (də) 2018 Jul 22
  • Göndərən مدير سايت Aran News