Tarix : 2018 Jul 22
Kod 55912

İranla nüvə anlaşmasının qorunmasının yüksək əhəmiyyəti vardır

Rusiya prezidenti ABŞ-ın İranla nüvə sazişindən çıxmasını bu ölkə prezidentinin yanlışlıqlarından biri adlandırıb və Hərtərəfli Birgə Fəaliyyət Planının qorunmasını vurğulayıb.

Arannews-Fars xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin cümə axşamı deyib: Vaşinqtonun İranla nüvə sazişindən çıxması ABŞ prezidenti Donald Tramp hökumətinin yanlış hərəkətlərindən biri idi və Vaşinqtonun çıxmasından sonra bu sazişin qorunmasının böyük əhəmiyyəti vardır. Putin əlavə edib: Rusiyanın müxtəlif beynəlxalq məsələlərdə iştirakı bu ölənin milli mənafeyinə əsasən baş tutur. Rusiya prezidentinin sözlərinə görə, BMT-nin üzvlərindən olan Rusiya həmişə bu təşkilatın prinsiplərinə sadiq qalmışdır. Putin əlavə edib: Suriyada beynəlxalq terrorizm, İŞİD və digər terror qrupları məğlub olublar, eyni zamanda müstəqil ölkə olaraq Suriyanın hakimiyyəti qorundu. 

ABŞ prezidenti Donald Tramp 8 may 2018 tarixində bu ölkənin Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdığını elan etdi. Bu isə Vaşinqtonun qərbli müttəfiqlərinin reaksiyasına səbəb oldu.

  • Yazılıb
  • da (də) 2018 Jul 22
  • Göndərən مدير سايت Aran News