Hazırda dünya bazarlarına kifayət qədər neft ötürülür və hətta tələbatdan artıq da istehsal olunur, beləliklə neftin qiymətinin artması heç də onun azlığı ilə əlaqədə deyil
Beynalxalq Servisi/Aran Agentliyi
İİR-nin neft naziri İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən ümum dünya neft konfransında deyib: İran dünyanın neft bazarlarına səbat yaratmaq istəyir.
Qulamhüseyn Nozəri 19-cu Ümum dünya Neft Konfransında iştirak məqsədi ilə Madriddə olarkən əlavə olaraq, dünyanın neft bazarında İran rolunun əsas olduğunu vurğulayıb və deyib: Hazırda dünya bazarlarına kifayət qədər neft ötürülür və hətta tələbatdan artıq da istehsal olunur, beləliklə neftin qiymətinin artması heç də onun azlığı ilə əlaqədə deyil.
İranın neft naziri neftin qiymətinin bahalaşmasında dolların dəyər itirməsi, neft bazarında fəaliyyət göstərən dollarları, geofiziki məsələləri və bəzi məntəqələrdə hədələyici amillərin mövcud olması kimi amillərin əsas rol oynadığını bildirərək deyib: Bütün bu amillər həm istehsalçıları həm də istehlakçıları gələcəyə nisbət nigaran edir.
19-cu Ümum Dünya Neft Konfransı bazar ertəsi günü Madriddə işə başlayıb. Bu tədbir üç gün davam edəcək.