Tarix : 2018 Jul 26
Kod 55923

Qarabağ İslam Torpağı Beynəlxalq Konfransı dəvət edir

Zəncan Azad İslam Universiteti daxili və xarici qurum, təşkilat, idarə və müəssisələrin iştirakı ilə “Qarabağ İslam Torpağı” adlı beynəlxalq konfrans keçirir.

AranNews - Zəncan Azad İslam Universiteti daxili və xarici qurum, təşkilat, idarə və müəssisələrin iştirakı ilə “Qarabağ İslam Torpağı” adlı beynəlxalq konfrans keçirir.Konfransda Azərbaycan Respublikası Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı və Qarabağ Azadlıq Təşkilatı, Şəhid Müntəziri Beynəlxalq Qurum, Əhli-Təriqət Alimləri Birliyi (Kürdüstan əhli-sünnə alimləri), Zəncan Universitetinin İslami Birliyi (Vəhdətin Möhkəmləndirilməsi Ofisi), Zəncan İslami Cəmiyyət Universiteti, Rusiya Əhli-beyt (ə) Cəmiyyəti Gürcüstan İmam Əli (ə) Mədəniyyət və Xeyriyyə Müəssisəsi, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi, Türkiyə Zeynəbiyyə Mədəniyyət Qurumu, İraq Həşd-Şəbi Türkmən Qüvvələri (İraq türkmənləri), Livan Şəbab əl-Xamenei Hərəkatı, habelə Qarabağda şəhid olmuş azərbaycanlı, iranlı, əfqanıstanlı və pakistanlı şəhidlərin ailələri iştirak edəcək.

Konfransın əsas dilləri azəri və fars dillərindədir, amma xarici təhqiqatçılar da öz məqalələrini ingilis, ərəb və rus dillərində göndərə bilərlər.Qeyd edək ki, məqalələrin abstraktlarının göndərilmə tarixi: 16 avqust, 2018;

Məqalələrin özünün göndərilmə tarixi: 21 sentyabr, 2018;

Konfrans keçiriləcək tarix: 13 oktyabr, 2018;

Konfrans keçiriləcək məkan: Zəncan “Əllamə Təbatəbai” Azad İslam Universitetinin toplantı salonudur.

Konfransın işinin istiqaməti:

1. Qarabağ müsəlmanlarının haqlı olması və onların zülmə məruz qalmalarına aydınlıq gətirilməsi;

2. Dünyanın elmi dairələrində və beyin mərkəzlərində Qarabağla bağlı islami hərəkatların mövqe və yanaşmalarının açıqlanması;

3. Qarabağın azad olunması istiqamətində dünyanın müsəlman azərilərinin potensiallarının təsbit edilməsi və artırılması;

4. Qarabağ böhranında İslam ölkələrinin fəaliyyət və mövqelərinə baxış;

5. Azərbaycanın müsəlman xalqının ictimai fikrini Qarabağ münaqişəsinin həqiqətləri barədə işıqlandırmaq.

Konfransın əsas mövzuları

1.Dünya Müsəlmanlarının Vəliyyi-əmrinin Qarabağ münaqişəsi barədə baxışlarının açıqlanması;

2. Qarabağın azad olunmasında cihad və şəhadət ruhunun rolu, əhəmiyyəti və təsiri;

3. Qarabağın azad olunması istiqamətində qeyri-hökumət təşkilatlarının və xalq diplomatiyasının rolu;

4. Qarabağ münaqişəsində beynəlxalq insan haqları təşkilatlarının fəaliyyətinin araşdırılması;

5. Xocalı və Şuşa qətliamlarına diqqət etməklə, Qarabağ münaqişəsində insan haqları prinsiplərinin araşdırılması;

6. Qarabağ münaqişəsində İran İslam Respublikasının xidmət və fəaliyyətlərinin araşdırılması;

7. Qarabağ münaqişəsində təqlid mərcələrinin və ruhanilərin yeri və rolu;

8. Qarabağ münaqişəsinin həlli istiqamətində İran və Azərbaycan arasında əməkdaşlığın artırılması yolları;

9. Qarabağ münaqişəsinin İslam aləminin Kəşmir, Suriya, Yəmən və s. kimi digər böhranlı məntəqələri ilə ortaq məsələlərinin araşdırılması;

10. Qarabağ konfliktinin şiddətlənməsində və uzanımasında sionist rejim və Amerika kimi güclərin və dövlətlərin fəaliyyəti və rolu;

11. Qarabağ münaqişəsinin həllində Minsk qrupu, BMT və s. kimi beynəlxalq təşkilatların fəaliyyətinin araşdırılması;

12. Qafqaz regionu ölkələrinin və qonşu ölkələrin potensial və gücünə diqqət etməklə, Qarabağ münaqişəsinin həlli yolları;

13. Qarabağ münaqişəsinin Qafqaz ölkələri və qonşu ölkələr üçün təhlükəsizlik, siyasi və iqtisadi nəticələri.

Məqalələri göndərmək üçün elmi katibliyin ünvanı

Zəncan, Azad İslam Universiteti, Mədəniyyət İşləri idarəsi, Qarabağ İslam Torpağı Beynəlxalq Konfransının elmi katibliyi

Əlaqə telefonu: 024 33423163

E-poçt: garabagislam2018@chmail.ir

Konfransın katibliyinin və icra komitəsinin ünvanı:

Zəncan, Mehrara, Miqdad məscidi prospekti, mənzil 420, blok 2

Telefon: 024 33589236

E-poçt: garabagvilayet@gmail.com

Konfrans haqqında informasiya saytı

Konfrans haqqında məlumatlar Sarəllah Heyətinin Şəhid Müntəziri bölməsinin rəsmi saytında dərc olunacaq. Saytın adı: www.vilayetyolu.com


  • Yazılıb
  • da (də) 2018 Jul 26
  • Göndərən مدير سايت Aran News