Tarix : 2008 Jul 02
Kod 5595

AİP PARTİYANIN QEYDİYYATA ALINMASINI İSTƏYİR

AİP bütün siyasi qurumlar kimi prezident seçkisində iştirak etmək niyyətindədir
Beynalxalq Servisi/Aran Agentliyi

Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin sessiyası iyulun sonuncu həftəsində keçiriləcək. AİP sədri Mövsüm Səmədov APA-ya bildirib ki, yığıncaqda partiyanın prezident seçkisində fəaliyyətinə aydınlıq gətiriləcək. Onun sözlərinə görə, AİP bütün siyasi qurumlar kimi prezident seçkisində iştirak etmək niyyətindədir. O bildirib ki, partiyanın bu günə qədər dövlət qeydiyyatına alınmaması qurumun seçkiyə qatılmasına mane olur: “Sonuncu qurultayda da bununla bağlı qərar qəbul olunub. Partiyanın dövlət qeydiyyatına alınıb-alınmaması qurumun seçkidə iştirakı məsələsinə təsir edə bilər”. M. Səmədov partiyanın seçkidə öz namizədi ilə iştirak edib-etməməsinə də münasibət bildirib: “Partiya dövlət qeydiyyatına alınmadığı təqdirdə qurum adından namizədin irəli sürülməsi mümkün olmayacaq. Belə olan təqdirdə siyasi mövqeyi bizimlə üst-üstə düşən namizədin dəstəklənməsi məsələsi ortaya çıxa bilər. Bütün bunlar partiyanın Baş Məclisində müzakirə olunacaq və qərar veriləcək”. AİP sədri onu da deyib ki, partiyanın dövlət qeydiyyatına alınmasında yaranan problemlə bağlı məhkəmə instansiyalarına müraciət etmək nəzərdə tutulmur

  • Yazılıb
  • da (də) 2008 Jul 02