Tarix : 2018 Jul 29
Kod 55973

Ötən gün borclu kimi axtarışda olan 26 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Arannews-"İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, iyulun 27-də ölkədə 118 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.


  • Yazılıb
  • da (də) 2018 Jul 29
  • Göndərən مدير سايت Aran News