Tarix : 2018 Jul 29
Kod 55977

Suriya ordusu Dəra vilayətinin 98 faizinə yiyələnib

Suriya müxaliflərinin tabeliyində olan insan haqları gözətçisi təşkilatı bu gün bildirib ki, Suriyanın ordusu və silahlı qüvvələri Dəra vilayətinin 98 faizinə yiyələniblər.

Arannews-Suriyanın ordusu və silahlı qüvvələri iyulun on üçündə Dəra vilayətinin mərkəzi olan mühüm və strateji Dəra şəhərini tam şəkildə azad ediblər.

Suriya müxaliflərinin tabeliyində olan insan haqları gözətçisi təşkilatı bu ölkə ordusunun Dəranın şimal-qərbində yerləşən "Huz Yərmuk" məntəqəsindəki irəliləyişlərinin davam etməsinə işarə edərək, bildirib ki, Dəra vilayətinin təkcə iki faizi İŞİD terror qrupunun ixtiyarında qalıbdır.Həmçinin Suriyanın ordu qüvvələri Dəranın şimal-qərbində azad edilmiş kənd və qəsəbələrin təmizlənməsinin davamında "ağpapaqlılar" qrupuna aid və zirehə qarşı minalara və sair təchizatlara malik bir qərargahı aşkar ediblər."Ağpapaqlılar" adlı qrup 2013-cü ilin martında ABŞ və İngiltərənin maliyyə yardımları ilə Türkiyədə formalaşdı. Bu qrupun fəaliyyət dairəsi Suriyadakı terror qruplarının nəzarəti altında olan məntəqələrdə tərif olunubdur.

  • Yazılıb
  • da (də) 2018 Jul 29
  • Göndərən مدير سايت Aran News