Tarix : 2018 Jul 30
Kod 55981

“Fələstinin cəsur qızı” İsrail zindanlarından azad edildi

Ötən ilin dekabr ayında İsrail polisi tərəfindən oğurlanan fələstinli qız Əhəd-ət Təmimi azad olunub.

Arannews-Dünya onun İsrail əsgərinə yumruq atan kiçik qız olaraq tanıdır. Əhəd-ət Təmimi ilk dəfə olaraq 2012-ci ildə qardaşı işğalçı İsrail ordusunun əsgərləri tərəfindən həbs edilərkən müqavimət göstərdi və kiçik cüssəsi ilə təpədən-dırnağa qədər silahlanmış əsgərə yumruq atdı. Bu cəsur hərəkəti ilə dünyanın diqqətini çəkən Təmimi istanbulda “Hanzala cəsarət mükafatı”na layiq görülmüşdü.İslamazeri.com xəbər verir ki, Ramallah şəhərindən dekabr ayının son günlərində qaçırılan və məhkəmə qarşısına çıxarılan Əhəd-ət Təmimi azad olunub. O 8 aylıq həbs müddətini başa vurduqdan sonra ailəsinin yanına dönüb. İsrail tərəfi beynəlxalq qurumların 16 yaşlı qızı məhkəmə qarşısına çıxarmama təklifini rədd edərək ona 4 ittihamla 8 aylıq həbs cəzası kəsmişdi.

  • Yazılıb
  • da (də) 2018 Jul 30
  • Göndərən مدير سايت Aran News