İsrailin dəniz qoşunları Qəzzənin mühasirəsini yarmaq məqsədilə Qəzzəyə doğru hərəkət etməkdə olan "Azadlıq" gəmisini durdurub. Daha sonra bu gəmi işğal edilmiş Fələstinin Eşdod limanına aparılıb.
Arannews-İRNA-nın məlumatına görə, Qəzzənin mühasirəsinin yarılması komitəsinin sözçüsü Ədhəm Əbusəlim bu gün deyib: "Azadlıq" gəmisi ilə əlaqə Qəzzə suları yaxınlığında kəsilib."Qayıdış", "Azadlıq" və "Fələstin" adlı üç gəmi 2 ay öncə Avropa limanlarından Qəzzəyə doğru yola düşüb. Bu gün həmin gəmilərin Qəzzə sularına yaxınlaşması ilə İsrailiin dəniz qoşunları onlara hücum edib