Tarix : 2018 Jul 31
Kod 55983

Seyyid Əbdülməlik Əl-Husi: “BMT-nin təklifini müsbət qarşılayacağıq”

Yəmənin Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi BMT-nin Yəmən böhranının dinc yolla həlli üçün təklifini müsbət qarşılayacaqlarını açıqlayıb. Təsnim

Arannews-Rəy Əl-Youm qəzetinin xəbərinə görə, Seyid Əbdülməlik Əl-Husi BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits ilə keçirdiyi görüşdə belə danışıb: “Böhranın həlli üçün müzakirələrin nəticəsiz qalmasına səbəb olan problem, Ərəb koalisiyasının siyasi həll yollarına qarşı çıxmasıdır. Bu səbəblə siyasi müzakirələrdə razılığa gəlmək üçün Ərəb koalisiyasında olan ölkələrinin ciddiliyi lazımdır. Dustaqlar və əsirlər ilə birlikdə humanitar məsələlər işilə bağlı bəzi addımlar atmaq lazımdır. BMT Yəmənə qarşı müdaxilə məsələsində məsuliyyətini qəbul edib, hərəkət etməlidir və fəaliyyətini BMT-nin qanunları çərçivəsində, tərəfsiz bir şəkildə yerinə yetirməlidir”.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi iyulun 25-i Ənsarullah hərəkatı ilə müzakirə etmək məqsədilə paytaxt Sənaya səfər edib. BMT nümayəndəsi Yəməndə münaqişə tərəfləri arasında sülh müzakirəsi keçirilməsini təmin etmək və Hudeyda liman şəhərinə qarşı əməliyyatın sona çatması üçün işlərini davam etdirir.


  • Yazılıb
  • da (də) 2018 Jul 31
  • Göndərən مدير سايت Aran News