Tarix : 2018 Jul 30
Kod 55984

ReAL Partiyasının Məclis və struktur rəhbərləri seçilib

İyulun 29-da Respublikaçı Alternativ Partiyasının (ReAl) I Məclisinin iclası keçirilib. İclasda partiyanın strukturlarına - partiya Məclisinin başqanı, partiyanın İdarə Heyətinin üzvləri, Məclisin katibi və komitələri təsis edilərək rəhbərləri seçilib.

Arannews-Azər Qasımlı partiya Məclisinin başqanı seçilib.

Natiq Cəfərli - icra katibi, Erkin Qədirli - xarici əlaqələr katibi, Xalid Bağırov - hüquq və seçki katibi, Rəsul Cəfərov - insan haqları və humanitar katib, Toğrul İsmayılov - insan resursları katibi seçilib.Partiya Məclisinin katibi - İnara Manafova seçilib. Məclisin xarici siyasət komitəsinin başqanı - Mübariz Rəhimli, İqtisadi Siyasət Komitəsinin başqanı - Zöhrab İsmayıl, Təhlükəsizlik Komitəsinin başqanı - Cəsur Sümərinli, Hüquq Siyasəti Komitəsinin başqanı - Vəfa Rüstəm, Sosial Siyasət Komitəsinin başqanı - Toğrul Vəliyev seçilib

  • Yazılıb
  • da (də) 2018 Jul 30
  • Göndərən مدير سايت Aran News