Tarix : 2018 Jul 30
Kod 55985

Paşinyan çevriliş etmək imkanı olan adamları sıradan çıxarır

Paşinyan daxili siyasət faktorlarını nəzərə alır və çevriliş etmək imkanı olan adamları sıradan çıxarır.

Arannews-Bu sözləri millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Köçəryan da çevriliş edə biləcək adamlardan idi: “Paşinyan indidən Köçəryana qarşı önləyici addımlar atır. Bu, bizim üçün də əslində maraqlıdır. Bu szərbaycanlıları da müəyyən dərəcədə qane edir. Çünki Azərbaycan xalqına qarşı cinayət, terror törədənlərin ən azından həbsdə yatması bizim üçün də müəyyən dərəcədə təsəllidir”.Millət vəkili vurğulayıb ki, hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizənin yeni fazaya keçdiyini görürük: “Ermənistan hakimiyyətinin artıq Rusiya ilə hesablaşaraq addım atmaq niyyətinin olmadığı görünür. Hakimiyyət özünü cəsur aparmaq istəyir. Rusiyaya qarşı da müəyyən demarşlar etməyə çalışır. Hazırda bütün bunlar Ermənistanda platformanın dəyişməsinə hesablanıb. Ermənistan müəyyən dərəcədə yeni bir platformaya keçid üzərində formalaşan siyasət yeridir. Artıq Ermənistanın rusiyayönümlü siyasətdən üz çevirdiyini görürük. Buna nə dərəcədə davam gətirəcəklərini söyləmək çətindir. Hər halda bu, onlara müəyyən dərəcədə problemlər yaradacaq. Amma Ermənistan üçün bu siyasətin alternativi yoxdur. Ermənistan müstəqil dövlət olmaq istəyirsə, Rusiya təsirindən müəyyən dərəcədə xilas olmağa çalışmalıdır. Hətta bugünkü şərtlərdə Rusiya ilə yaxınlığı olan ölkələrin gələcək üçün daha böyük qeyri-stabillik prosesləri yaşayacağı ehtimalı daha böyük görünür. Müstəqilliyi Rusiya faktoruna qurban verən dövlətlərin aqibətinin yaxşı olmadığını Ermənistan əla başa düşür. Buna görə də bundan qurtulma siyasəti yürütməyə çalışır”.

Millət vəkili qeyd edib ki, Köçəryandan sonra Sərkisyana qarşı da cinayət işi açılacaq:

 “Bunlar hamısı bir kanal, şəbəkədirlər. Ermənistanda çox güman ki, bu şəbəkəni zərərsizləşdirmək üçün bu proseslər genişlənəcək”. 

Qeyd edək ki, dünən məhkəmə Robert Köçəryanın həbsinə qərar verib. /axar.az/

  • Yazılıb
  • da (də) 2018 Jul 30
  • Göndərən مدير سايت Aran News