Tarix : 2018 Jul 30
Kod 55988

Akif Çovdarov Ali Məhkəməyə müraciət edib

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Arannews-Şikayətə hakim İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib. Şikayətdə bəraət istənilirdi.Ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.

  • Yazılıb
  • da (də) 2018 Jul 30
  • Göndərən مدير سايت Aran News