Ərdoğandan ABŞ-a mesaj: Bizim kimi müttəfiqinizi itirə bilərsiniz
Arannews-İslamazeri.com-un “Habertürk”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara ABŞ-lı pastor Endryü Bransonun həbsinə dair mövqeyini dəyişməyəcək.
“Mənə görə, bunların hamısı psixoloji mübaribədir. Biz sanksiyalar qarşısında geri çəkilməyəcəyik.”, - deyə o qeyd edib.
Ərdoğan əlavə edib ki, ABŞ unutmamalıdır ki, Türkiyə kimi müttəfiqini itirə bilər.
“Biz ABŞ-a bağlı deyilik, onlar unutmamalıdırlar ki, əgər öz münasibətlərini dəyişməzlərsə, o zaman müttəfiqlərini itirəcəklər.”, - deyə o bildirib.
Xatırladaq ki, daha öncə ABŞ prezidenti Donald Tramp Bransonun həbsinə görə Türkiyəni “böyük sanksiyalarla” hədələmişdi.
Rəsmi Ankara, Bransonu casusluq, terrorçularla əlaqə və 2016-cı il dövlət çevrilişinə cəhddə iştirakda ittiham edir.