Tarix : 2018 Aug 01
Kod 55999

Suriya Ordusu İsrail “sərhəd” zolağını təmizlədi – Növbəti plan nədir

Suriya Ordusu son iki ayda ölkənin cənubunda apardığı əməliyyatlar çərçivəsində Dəra əyalətini, bu əyalətin İordaniya ilə sərhəd zolağını və İsrailin işğalı altında qalan Colan yüksəklikləri ilə sərhəd zolağındakı Qunaytaranı “ən-Nusra Cəbhəsi”, “Azad Suriya Ordusu” və İŞİD terror təşkilatından azad edib.

 Arannews-Bölgədə Yarmuk Vadisində yalnız 4-5 kənd İŞİD nəzarətində qalıb. Bundan sonra Suriya Ordusunun planı nə olacaq? Ən-Nusra Cəbhəsinin və Türkiyənin nəzarətdə saxladığı İdlib yoxsa kürdlərin nəzarətindəki Fəratın şərqi?Suriya Ordusunun Colan Yüksəklikləri ilə sərhəddə yerləşən Qunaytaranı azad etməsilə yanaşı, münaqişənin yoluna qoyulması üçün siyasi müstəvidə də işlərə yenidən start verilib.Məlumata görə Rusiya, İran və Türkiyə nümayəndələri Astana razılaşması çərçivəsində bu gün Soçidə bir araya gələrək, Suriya konstitusiyasının yazılmasını təmin edən komissiyanın təşkilini, atəşkəsin təmin edildiyi bölgələrin vəziyyətini, əsirlərin və məhbusların mübadiləsi və qaçqınların geri dönməsi məsələlərini müzakirə edəcəklər.

Bu arada Suriya Ordusunun Dəra və Qunaytaranı geri alması İdlibdəki radikal birləşmələri ehtiyatını tutmağa vadar edib. Artıq bir həftədir ki, Türkiyənin verdiyi təminatlara baxmayaraq İdlibdəki “ən-Nusra Cəbhəsi” (Digər adı Heyət Təhrir-,am) kimi radikal birləşmələr qüvvələrini səfərbər etməyə başlayıblar.Bir çox ekspertlər Suriya Ordusunun növbəti planının İdlib olacağını deyirlər.


  • Yazılıb
  • da (də) 2018 Aug 01
  • Göndərən مدير سايت Aran News