Tarix : 2018 Aug 01
Kod 56000

Ayətullah Sistani İraqdakı son hadisələrə münasibət bildirdi

Ayətullah Sistani İraqdakı son hadisələrə münasibət bildirdi

Arannews-Hədəf14.az-ın verdiyi xəbərə görə, İraqdakı şiə müsəlmanlarının dini lideri Ayətullah Seyid Əli Sistani yeni hökumətin təcili qurulmalı və başındakı şəxsin "müqtədir və güclü" olmalı olduğunu bildirib.

Kərbəladakı nümayəndəsi Şeyx Abdulmehdi əl-Kərbəlayi tərəfindən cümə xütbəsindən sonra oxunan məktubunda Sistani İraqda işsizlik, elektrik fasilələri və qanun pozuntuları səbəbiylə baş verən nümayişlərə dair bunları qeyd edib:

"Nümayişlər bitməyib. Azalsa da başqa bir vaxt güclü şəkildə yenə baş verəcək. Nümayişçilərin bütün tələblərinin təcili yerinə yetirilməsi lazımdır. Vəzifəyə gələcək yeni hökumət də məsuliyyətsiz davransa, xalqın qarşısında etiraz variantını inkişaf etdirmədən başqa bir çarə qalmayacaq".

İraqda 12 mayda keçirilən parlament seçkilərindən sonra hələ ki, hökumət qurulmamasına dair "Düzgün əsaslar üzərində təcili yeni hökumət qurulmalıdır. Vəzifəyə gələcək baş nazir bütün məsuliyyətləri üzərinə götürməli, müqtədir və güclü olmalıdır", - sözlərini qeyd edən Ayətullah Sistani "Ötən illər ərzində böyük dövlət xadimlərinə bu günkü faciəli nəticənin (korrupsiya və dövlət xidmətlərindəki qüsur və çatışmazlıqlar) yaranmaması üçün tez-tez nəsihətlər vermişik. Ancaq bunun heç bir faydası olmayıb", - deyə vurğulayıb.

Xatırladaq ki, Ayətullah Sistani ölkədə baş verən aksiyalardan sonra nümayişçiləri dəstəkləmiş və hökuməti "xalqın tələblərinə qulaq asmağa" çağırmışdı.


  • Yazılıb
  • da (də) 2018 Aug 01
  • Göndərən مدير سايت Aran News