Tarix : 2018 Aug 03
Kod 56017

Tramp Ərdoğanın nazirlərinə sanksiya tətbiq etdi

ABŞ-ın Maliyyə Nazirliyi amerikalı pastor Endrü Bransonun işi ilə əlaqədar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib

Arannews-FaktXəbər bildirir ki, bu barədə ictimaiyyətə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.
O, əlavə edib ki, Donald Trampın göstərişi əsasında pastor Bransonun saxlanılması və həbsində aparıcı rol oynamış Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylu sanksiyalara məruz qalıb.
Qeyd edək ki, Türkiyə nazirlərinin ABŞ-ın yurisdiksiyasına olan bütün hesabları və aktivləri dondurulub.

  • Yazılıb
  • da (də) 2018 Aug 03
  • Göndərən مدير سايت Aran News