Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri cümə günü Dəməşqin ətrafında İsrailin 2 pilotsuz uçan aparatını və 3 raketini vuraraq, məhv edib.
Arannews-Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, raketlərdən ikisi Dəməşqin cənubunda, üçüncüsü isə şəhərin şimal-qərbində vurularaq, məhv edilib. Bu məlumata görə, Suriyanın hava hücumundan müdafiə qüvvələri həmçinin, Dəməşqin qərbində İsrailin iki ədəd pilotsuz uçan aparatını məhv edib. İsrail rejimi ötən həftələrdə Suriyaya qarşı hücumlarını artırıb.
İsrail Suriyada terrorçuların məğlubiyyətə uğramasından narahatdır.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqlərinin himayəsində olan terrorçuların bu ölkəyə hücum etməsi ilə başlnadı. Suriyada hakimiyyəti devirməyə çalışan ABŞ və müttəfiqləri regionda güc balansını İsrailin xeyrinə dəyişməyi planlaşdırmışdılar.
Suriya ordusu son zamanlar İran və Rusiyanın hərbi dəstəyi ilə terrorçulara qarşı savaşda böyük uğurlar əldə edib.