Tarix : 2018 Aug 04
Kod 56027

Bəhreyn xalqı Şiə Alimlər Şurasının sədrinin sərbəst buraxılmasını istədi

Bəhreyn xalqı Şiə Alimlər Şurasının sədri Məcid Məşəlin dərhal azad edilməsi tələbi ilə aksiya keçirib.

Arannews-İRNA-nın verdiyi məlumata görə, bəhreynli aksiya iştirakçıları əllərində Məcid Məşəlin fotoşəkilini daşıyaraq, onun azadlığa buraxılmasını tələb və Bəhreyn şiələrinin mənəvi lideri şeyx İsa Qasım ilə öz həmrəyliklərini elan ediblər.Aksiya iştirakçıları həmçinin, Əd-Diraz məntəqəsində yerləşən şiələrin İmam Cəfər Sadiq(ə) məscidində cümə namazının qılınmasına qoyulan qadağanın ləğv edilməsini istəyiblər.

Bəhreynin Şiə Alimlər Şurasının sədri Şeyx İsa Qasımı himayə üzrə dinc aksiyada iştirak etdiyi üçün həbs edilərək, 2 il azadlıqdan məhrum olunub.

  • Yazılıb
  • da (də) 2018 Aug 04
  • Göndərən مدير سايت Aran News