Fələstinli Əsirlər Klubu dünən cümə günü İsrail zindanlarında 300 fələstinli uşaq və yeniyetmənin olduğunu bildirib.
Arannews-İsrail zindanlarında təqribən 7 min fələstinli əsir var. Fələstinli Əsirlər Klubunun bildirdiyinə görə, İsrail zindanlarında fələstinli əsirlər fiziki, ruhi və mənəvi işgəncələrə məruz qalırlar. 1967-ci ildən bəri İsrail zindanlarında təqribən 213 fələstinli əsir işgəncə nəticəsində həyatını itirib.