Tarix : 2018 Aug 08
Kod 56049

AMEA-nın professoru: Ədalət, İslam camiəsi rəhbərinin ən mühüm meyardır

Professor Ələddin Məlikov: “Seyid Mürtəza Ələmülhüdanın təfəkküründə ədalət, İslam camiəsi rəhbərinin ən mühüm meyarlarından biridir.”

AranNews - “Təbriz və İranın Məşrutə İnqilabı” beynəxalq konfransında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin baş elmi işçisi, professor Ələddin Məlikov deyib: “Seyid Mürtəza Ələmülhüdanın təfəkküründə ədalət, İslam camiəsi rəhbərinin ən mühüm meyarlarından biridir.”

Professor Ələddin Məlikov əlavə edib: “Seyid Mürtəzanın dəyərləri şiənin siyasi təfəkkürünün yaranmasının başlanğıcıdır. Ondan əvvəl Şeyx Müfid kimi böyük mütəfəkkirlərin bu yolda addım atmasına baxmayaraq, onun dövrünün Büveyhilər hökuməti ilə eyni zamana düşməsi və şiə fiqhinə əsaslanan siyasi fəlsəfəyə ehtiyac hissi Seyid Mürtəzanı bu zəruri məsələ istiqamətində addım atmağa sövq etdi. Seyid Mürtəzadan öncə şiə məktəbinin siyasi əndişəsi buna əsaslanırdı ki, hökumət qurmaq üçün qeybdə olan İmamı gözləmək lazımdır və İmam Höccət (əc) zühur edərək hökumət qursun. Amma Seyid Mürtəza əqli, nəqli və dini istidlallar vasitəsilə (qeyb dövründə) hökumət qurulmasının zəruriliyini isbat etdi və İslam camiəsi rəhbərinin xüsusiyyətlərini izah etdi.”

Professor çıxışının davamında deyib: “Seyid Mürtəza bir neçə məsələni İslam camiəsi rəhbərinin əsas vəzifəsi olduğunu bildirir. Onlardan camiənin təhlükəsizliyini təmin etmək, ədaləti bərqərar etmək və iqtisadi vəziyyəti yaxşılaşdırmaq kimi vəzifələrə işarə etmək olar.

Şiə aləminin böyük mütəfəkkiri rəhbərləri iki dəstəyə bölür: adil və zülmkar. Seyid Mürtəza zülmkar hökumətin hakimiyyəti dövründə şiə məktəbi davamçılırının necə davranacağını izah etmişdir.”

  • Yazılıb
  • da (də) 2018 Aug 08
  • Göndərən مدير سايت Aran News