Tarix : 2018 Aug 09
Kod 56067

Etirazçılar İtaliyanın Liviyanın daxili işlərinə müdaxiləsini pisləyib

Liviyanın paytaxtı Trablusda yüzlərlə insan İtalyanın ölkənin daixili işlərinə müdaxiləsinə etiraz etmək üçün küçələrə çıxıb.

Arannews-Maide.Az  “dunyabulteni”ə istinadən xəbər verir ki,  etirazçılar İtalyanın Trablusdakı səfirliyinin  qarşısında keçirdiyi aksiyada bu ölkənin  Liviyadakı səfiri Giuseppe Peroninin “Liviyada seçkilərin keçirilməsinin uyğun olmaması” ilə bağlı dediklərini pisləyiblər. 
 
Bir çox  çox qeyri-hökumət təşkilatları və gənclərin də iştirak etdiyi etiraz aksiyasında Lİviyanın  suverenliyinin qorunması və digər dövlətlərin  müdaxiləsinin qarşısının alınması  üçün çağırışlar edilib. 
 
Qeyd edək ki, İtalyanın  Liviyadakı səfiri Giuseppe Peroni  bir neçə gün öncə ölkəsinin Liviyada konstitusiya, infrastruktur və digər şərtlər hazır olmadan seçkilərin keçirilməsinə qarşı olduğunu bildirmişdi. 


  • Yazılıb
  • da (də) 2018 Aug 09
  • Göndərən مدير سايت Aran News