Tarix : 2018 Aug 09
Kod 56069

Kanada və Səuriyyə Ərəbistanı münasibətlərində gərginlik

Səudiyyə Ərəbistanı və Kanada arasındakı diplomatik münasibətlər Ər-Riyadın Kanada səfirini Ərəbistandan qovması və öz səfirini Ottavadan geri çağırmasının ardınca gözlənilməz şəkildə gərginləşərək, böhranlı duruma düşüb.

Arannews-Əl-Minar informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan və Kanada arasındakı diplomatik münasibətlər Ər-Riyadın Kanada səfirini Ərəbistandan qovması və öz səfirini də Ottavadan geri çağırmasının ardınca ciddi böhran ilə üzləşib. Ərəbistan həmçinin, Kanadanın insan haqları ilə əlaqədar Ər-Riyad əleyhinə tənqidlərinə cavab olaraq, bu ölkə ilə bütün ticarət əlaqələrini durdurub. Əl-Minar kanalının müxbiri Əli Əvazənin dediyinə görə, Kanadanın Ərəbistandakı səfiri öncədən heç bir xəbərdarlıq edilmədən, bir gecənin içərisində "arzuolunmaz şəxs" elan edildi və ona ölkəni tərk etməsi üçün 24 saat fürsət verilib. Ottavanın Ərəbistan əleyhinə tənqidləri Ər-Riyadın xoşuna gəlməyib. Kanadanın "bütün dinc aksiya iştirakçıları dərhal azad edilməlidir" tələbindən qəzəblənən ərəbistan bunu öz daxili işlərinə müdaxilə adlandırıb və dərhal krallıq qərar verərək, diplomatların çıxarılması mərhələsinə qədəm qoyub. 

Ərəbistanın Xarici İşlər Nazirliyi Kanadanı kəskin formada tənqid edərək, öz səfirini Ottavadan geri çağırıb və bu ölkə ilə ticarət əlaqələri və yeni sərmayə qoyuluşlarını dayandırıb. 



  • Yazılıb
  • da (də) 2018 Aug 09
  • Göndərən مدير سايت Aran News