Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ rəhbərliyinin İrana qarşı qəbul etdiyi sanksiya qərarına imkan verməyəcəklərini açıqlayıb.RİAN
Arannews-Rusiya XİN-i yaydığı bəyanat ilə İrana qarşı başladılan sanksiyalardan narahat olduqlarını bildirərək, bu qərarın ümidsizliyə səbəb olmuşdur ifadəsi istifadə edilib.İran ilə ticarət əlaqələrini qoruyacaqlarını bildirən Moskva, 2015-ci ildə imzalanan nüvə sazişinin qorunması üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Amerikanın İrana qarşı başlatdığı yeni sanksiyaların beynəlxalq hüquqa və BMT-nin 2231 saylı maddəsinə zidd olduğu bildirilən bəyanatda, Amerikanın öz maraqları üçün uzunmüddətli mənfəətlərini heçə sayan siyasətlərinə yol verilməməli olduğu bildirilib