Xəbər Lenti

Paşinyanın bloku yeni parlamentdə 88 kürsü qazanıb

Xankəndində erməni əsgər gözündən vurulub

Gürcü müxalifəti aksiyaya hazırlaşır: Polis yolları bağladı

Fransız deputat: “Azərbaycanlılar Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulublar”

İlk qadın prezident Salome Zurabişvili and içib

Məhəmməd Əli Husi: Əl-Hudəydədə atəşkəsin dəqiq zamanı müəyyən edildi

Əsəd İranın XİN rəhbərinin köməkçisi ilə danışıqlar aparıb

Azərbaycanda 109 nəfər dərmandan zəhərlənib

Azərbaycanın Qazax və Ağstafa istiqamətində sərhəd qoşunlarını yerləşdirməsini rusiyalı ekspert belə yozdu

İran İraqa gündəlik 45 milyon dollarlıq məhsul ixrac edir

Tacikistanda dövlət müəssisələrinə hicabla daxil olmaq qadağan ediləcək

İran texniki imkanlarına görə “S300” dən qat-qat güclü olan yeni “Bavər373” raket kompleksi hazırladı

Gürcü xalqı onların sifariş etdiyi havaya oynayır - Saakaşvili

Azərbaycanlı məmurun həbs müddəti uzadıldı

Tale Bağırzadə: Mən gerçək dindaramsa, ilk işim zülmkarın qarşısında susmamaqdır

Lukaşenko: Dedik ki, Serj, bu 5 rayonu Azərbaycana ver

Qardaşı: Əbülfəz Sadıqbəyli ailəsi ilə telefon əlaqəsi yarada bilmir

Ələvi: İran və Azərbaycan kəşfiyyat xidmətləri arasında yaxşı əməkdaşlıq var

Avstraliyadan Fələstinə ağır zərbə: Qüdsü İsrail paytaxtı kimi tanıdı

İordan çayının qərb sahilində onlarla fələstinli həbs edildi

İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb

Azərbaycana qarşı casusluq edən 19 nəfər aşkarlanıb

Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb

Kollegiya 7 vəkili cəzalandırıb

MTN polkovniki: Mənə görə günahsız insanlara niyə əziyyət verirsiz

Tehran-Bakı əlaqələrinin inkişafı vurğulanıb

Əliyev və Lavrov ikitərəfli əlaqələrin inkişafını vurğulayıblar

Fransadan ilhamlanaq - Fransa etirazçılarından Azərbaycan xalqı üçün fləşmöb

Küveytdən Yəmən təklifi: Başqa alternativ yoxdur!

ABŞ və PKK Suriyada İŞİD-in qızıl ehtiyatlarını axtarır

Ermənistan rəsmisi Azərbaycana gələcək

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

ABŞ Türkiyəyə xəbərdarlıq etdi: Suriyada əməliyyata başlamayın

Rusiyanın xarici işlər naziri bu gün Azərbaycana gələcək

İran və Azərbaycan Respublikası arasında birgə sərhəd əməkdaşlığına dair protokol imzalanıb

Türkiyə ABŞ-ı "xəyanətkar" andlandırdı: Buna göz yummayacağıq

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

Ali dini rəhbər: “ABŞ-ın İrana qarşı planı ifşa oldu”

Arxiv
 
Tarix : 2018 avq 09     |     Kod : 56074

Azərbaycanda benzin bahalaşır

Sentyabr ayından “Aİ-92” markalı benzinin qiyməti qalxacaq – Yeni qiymət

Arannews-Azərbaycanda benzin bahalaşır – 1 manat olacaq?Azərbaycanda benzinin qiymətinin qaldırılacağı ilə bağlı məlumatlar var.Sentyabr ayından “Aİ-92” markalı benzinin qiyməti 90 qəpikdən 1 manata qaldırılacaq.“Aİ-95” premium markalı benzinin qiymətinin 1,25 AZN-dən, 1,35 AZN-ə qədər qaldırılacağı barədə xəbərlər var. Azərbaycanda “Aİ-92” markalı benzinin qiymətinə sonuncu dəfə 2015-ci ildə baxılıb. Həmin vaxt qeyd edilən markalı benzinin dəyəri 90 qəpiyə qaldırılıb. “Aİ-95” premium markalı benzinin qiymətinə isə ötən ilin noyabr ayında baxılıb və qiymət 1,25 AZN müəyyən edilib.Qiymət artımı əsasən iqtisadi səbəblərlə və əsaslarla həyata keçirilir. Bəs, Azərbaycanda benzinin qiymətinin qaldırılmasına hər hansı iqtisadi əsas varmı? İqtisadçılar benzinin qiymətinə yenidən baxılması barədə müxtəlif fikirlər səsləndirirlər.İqtisadçı Samir Əliyevin fikirincə, qiymətlərin artırılacağı ilə bağlı ehtimallar realdır. S.Əliyev Missiya.Az-a açıqlamasında yanacağın qiymətinin qaldırılacağı barədə fikirlərini belə izah edib: “Bilirsiniz ki, Azərbaycanda benzinin qiyməti hökumət tərəfindən tənzimlənir. Bu səbəbdən artımın nə vaxt və nə qədər olacağını demək çətindir. Amma mən düşünürəm ki, yanacaq qiymətlərinin qaldırılması ilə bağlı ehtimallar realdır. Çünki “Aİ-95” markalı benzin xaricdən idxal olunur. Hökumət “Aİ-95” markalı benzinin qiymətinin qalxmaması üçün müəyyən vergi və gömrük güzəştləri tətbiq edir. Benzinin qiymətinin qaldırılmasın səbəblərdən biri bu ola bilər”.S.Əliyevin sözlərinə görə, Azərbaycanda baş verən iki devalvasiyadan sonra benzinin qiyməti cüzi qaldırılıb: “Manat dəyər itirdiyi üçün xaricdən gətirilən məhsullarda bahalaşma baş verib. Amma bu benzinin qiymətində o qədər də hiss olunmayıb”.İqtisadçı benzin qiymətlərinin qaldırılmasına dünya bazarında “qara qızıl”ın dəyərinin artmasının səbəb ola biləcəyini deyib: “Dünya bazarında neftin qiyməti 120-130 dollar olanda, benizini qaldırırlar ki, “qara qızıl” bahalaşıb. Amma neftin qiyməti aşağı düşəndə, benzinin ucuzlaşmasını müşahidə etmirik. Məsələn, bir neçə il əvvəl neftin qiyməti 30 dollara düşmüşdü. Neft ucuzlaşsa da, benzinin qiyməti endirilmədi. İndi isə dünya bazarında neftin qiyməti 70 dollardan yuxarıdır. Belə olan halda benzin qiymətlərinin qaldırılacağını da ehtimal etmək olar. Qiymətlərin qaldırılmasına benzinin xaricdən idxal olunması, kompanetlərin bahalığı və neftin bahalaşması səbəb kimi göstərilə bilər”.ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, iqtisadçı Elnur Soltanov isə fərqli düşünür. Missiya.Az-a açıqlama verən iqtisadçı bildirib ki, yanacaq qiymətlərinin qaldırılması üçün iqtisadi əsas yoxdur: “Biraz keçmişə nəzər salaq. Azərbaycanda hökumətdə kimlərin olmasından aslı olmayaraq, 2 devalvasiyanın olması labüd idi. Devalvasiyanın baş verəmsinə səbəb olacaq dərin iqtisadi əsasların mövcuduğu göz qabağında idi. Manatın dollara nisbətən ucuzlaşması qaçılmaz idi. Amma hazırda benzinin qiymətinin qaldırılması ilə bağlı heç bir iqtisadi əsas yoxdur. Deyə bilmərik ki, şərtlər bunu diqtə edir. Azərbaycanın daxili və xarici iqtisadi vəziyyəti kifayət qədər yaxşıdır. Neftin qiyməti kifayət qədər yüksəkdir. Həmçinin, Azərbaycanda böyük yatırımlar da dayandırılıb. Məsələn, Bakı-Tiflis-Qars, TANAP, “Şahdəniz” kimi beynəlxalq layihələr artıq işə salınıb. Ona görə də Azərbaycanın ciddi şəkildə xarici borclanmaya getməsinə ehtiyac yoxdur. Bütün bu səbəbləri əsas tutaraq, benzinin qiymətinin qaldırılacağını düşünmürəm”.Qeyd edək ki, Azərbaycan benzinləri digər xarici ölkələrə nisbətən çox aşağıdır.Benzinin ən baha qiymətə satıldığı ölkələri təqdim edirik:

Honkonqda (2,09 dollar)

Norveçdə (2,02 dollar)

Niderland(1,93 dollar)

Yunanıstan (1,91 dollar)

İtaliya (1,91 dollar)

Danimarka (1,90 dollar)

İsrail (1,86 dollar)

Portuqaliya (1,83 dollar)

Finlandiya (1,79 dollar)

Fransa (1,78 dollar)


Açar sözlər : 

Yazılıb da (də)   2018 avq 09  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin