Tarix : 2018 Aug 10
Kod 56075

Medvedyev NATO-ya xəbərdarlıq etdi

Rusiyanın baş naziri NATO-ya xəbərdarlıq edib və deyib: Gürcüstan NATO-ya üzv qəbul edilməməlidir. Çünki, Rusiya Abxaziya və Cənubi Osetiyanınmüstəqilliyini tanıyıb.

Arannews-Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Dmitri Medvedyev deyib: NATO Gürcüstanı üzv qəbul etməməlidir. Çünki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Halbuki, Tiflis bu əraziləri özününkü hesab edir. Beləliklə, Gürcüstanın NATO-ya üzvlüyü silahlı toqquşmaya səbəb ola bilər. Medvedyev NATO-nun Gürcüstanı üzv olaraq qəbul etməsi ehtimalına dair bəyanatına işarə edərək, bu addımı bir məsuliyyətsizlik və sülhə qarşı təhdid adlandırıb və deyib: Bu qərar heç şübhəsiz potensial silahlı toqquşmaya səbəb olacaq. Çünki, Rusiyanın baxışında Abxaziya və Cənubi Osetiya müstəqil ölkələrdirlər. 7 avqust Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin ildönümü günüdür. Bunun ardınca Rusiya Gürcüstan ərazisi sayılan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. 


  • Yazılıb
  • da (də) 2018 Aug 10
  • Göndərən مدير سايت Aran News