Xəbər Lenti

Tramp və Türkiyədə yeni kapitulyasiyanın həyata keçirilməsi

İraq dövləti Ərbəin zəvvarları üçün viza qiymətini azaltdı

Paşinyan Konstitusiyasını dəyişəcək

Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir

İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Amerika ilə Türkiyə əlaqələrində böhran davam edir

ABŞ-ın Pensilvaniya ştatında 300-dən çox rahib 16 il müddətində 1000-dən çox uşağa cinsi təcavüz edib

Həcc xərclərinin artırılması ilə Ərəbistan büdcəsinin kəsiri təmin olunur

‘’Azərbaycanı İlqar Məmmədovun işində Avropa Məhkəməsinin hökmünə əməl etməyə çağırırıq’’

“Azadlıq” qəzetinin əməkdaşının qardaşının azadlığa buraxılması üçün məhkəməyə müraciət olundu

Uşaqlarımızı uşaqlıq çağlarından kitab oxumağa alışdıraq

Əl-Qaidə və İŞİD Yəmənə qarşı döyüşdə iştirak edir

Həccə gələn müsəlmanlarının sayı haqda ən son STATİSTİKA

Koçaryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

Oğlum mənə yazdı ki...

Rusiya ABŞ-ın beynəlxalq qanunlara etinasızlığını qınayıb

''Azərbaycanda yoxsullarla varlılar arasında fərq üç dəfədir''

Əfqan Muxtarlıya kitab qadağası var

İnzibati həbsdə olan AXCP üzvünün səhhəti ilə bağlı Ombubsmana müraciət edilib

Әli Kәrimli hakimiyyәti tәcili pensiya islahatına çağırdı

Ermənilər Şuşadakı muzeyi böyüdürlər

Ankara və Moskva vizaları qismən ləğv edəcəklər

Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə minib

Bəşər Əsəd əfv fərmanı imzaladı

BMT-nin xristian nümayəndəsi “müsəlman” Səud qəbiləsinin Yəmən cinayətlərini görüb göz yaşlarını saxlaya bilmədi – Foto

Fələstinli dördəm qızlar Qurani-Kərimi tamamilə hifz etdilər

Azərbaycanlılar Angela Merkelin iqamətgahı qarşısında aksiya keçirəcəklər

Türkiyə, Rusiya və İran rəhbərləri görüşəcək

Nəsrullah: Bu gün iran ən güclü durumdadır

Pakistanda Yəməndəki qətliamlara qarşı etiraz aksiyası keçirilib

Ərdoğan ABŞ məhsullarına idxal rüsumunu artırdı

''Rəis dedi ki, şərait yarat, Fədayə xanım ''Qoca'' ilə görüşsün''

Suveyda səhrasında terrorçular məğlub edilib

İlqar Məmmədovun demokratik, Hacı Talenin İslam dövləti – hansı real təhlükədir

Ərdoğan və Putin İrana gəlirlər – Ruhani ilə görüş

“Rusiya, Çin, İran və Türkiyə biləşərsə, ABŞ-ın bütün planları puça çıxacaq”

Azərbaycanda bu gecə benzin bahalaşacaq

Azərbaycanlı zəvvarlar Ümrə ziyarətini yerinə yetirib

Məşhur jurnalistə ölkədən çıxmağa yenə imkan vermədilər

Avropa İttifaqı bütün siyasi məhbusların azad olunmasını istəyir

Arxiv
 
Tarix : 2018 Avg 10     |     Kod : 56077

''Günahsızları həbsdə saxlayıb, adam öldürənləri buraxırlar''

"Çox ədalətsiz qərardır. Ancaq mən elə bunu gözləyirdim. Mənim oğlum günahsızdır. Bunlar günahsızları həbsdə saxlayıb, adam öldürənləri buraxırlar", - həbsdə olan dindar fəal Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova avqustun 8-də oğlunun məhkəməsindən sonra jurnalistlərə açıqlamasında bildirib.

Arannews-Avqustun 8-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyilə "Müsəlman Birliyi" Hərəkatının fəalı Əhsən Nuruzadənin şikayətinə baxılıb.Narkotik ittihamıyla həbs olunub, 7 il azadlıqdan məhrum edilən Ə.Nuruzadə təqsirsiz olduğunu, ictimai-siyasi fəaliyyətinə görə şərləndiyini bildirib.Məhkəmədə Ə.Nuruzadənin vəkili Fariz Namazlı çıxış edərək, müvəkkili həbs olunarkən yol verilən prosessual pozuntuları sadalayıb. Bildirib ki, üzərinə baxış keçirilərkən Ə.Nuruzadə vəkillə təmin olunmalıydı, bunu etməyiblər. Onu Səməd Vurğun parkının yaxınlığında saxlayıb, qollarını qandallasalar da, üzərinə baxışı orada yox, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində keçiriblər. Həm Ə.Nuruzadə, həm də vəkili ehtimal edir ki, onun cibinə heroin parkın yaxınlığında saxlandıqdan sonra əlləri qandallanıb, tam polislərin nəzarəti altında olduğu vaxt atılıb:"Sual meydana çıxır ki, Əhsən Nuruzadə polislərə müqavimət göstərməyib, əlləri qandallı olduğu halda, onun üzərinə baxış keçirilməsini niyə idarəyə saxlayıblar? Əhsən Nuruzadəyə qarşı ittihamı təsdiqləyən heç bir sübut yoxdur".

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin fəaliyyətindən danışarkən qeyd edib ki, o, “Müsəlman Birliyi” Hərəkatının üzvü olmaqla, həm də sosial şəbəkələrdə aktiv idi, dindarların məhkəmələrinə gəlib-gedir, orada baş verənləri yayırdı. Onun məhz bu fəaliyyətinə görə cəzalandırıldığı ehtimal olunur: "Görünür, onun ictimai aktivliyi, sosial şəbəkələrdə fəallığı kimlərinsə xoşuna gəlməyib".

Əhsən Nuruzadənin anası
Əhsən Nuruzadənin anası.

Vəkil çıxışının sonunda Ə.Nuruzadəyə bəraət verilməsini xahiş edib.Ə.Nuruzadə vəkilinin çıxışı ilə razılaşdığını bildirib. Dövlət ittihamçısı isə Ə.Nuruzadə haqqında hökmün dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş edib.

Mirpaşa Hüseynovun sədrliyilə, Həsən Əhmədov və Əflatun Qasımovdan ibarət hakimlər kollegiyası apelyasiya şikayətinin təmin olunmadığını elan edib.
Qərardan Ali Məhkəməyə şikayət veriləcək.Z.Hüseynova məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Əhsənin azyaşlı qızları bu gün atalarının yolunu gözləyirdi: "Ancaq mən onlara deyirdim ki, gözləməyin, bala..."Ə.Nuruzadə 2017-ci il oktyabrın 6-da həbs olunub. O, CM-nin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, gəzdirmə, saxlama) maddəsi ilə ittiham olunur.Saxlanılarkən onun cibindən 14.775 qram heroin tapıldığı iddia olunur.Ə.Nuruzadə ittihamı rədd edir, narkotikin cibinə polislərin özü tərəfindən atıldığını bildirir.Ə.Nuruzadə son həbsindən əvvəl iki dəfə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bir neçə gün harada saxlanması haqda ailəsinə xəbər verilməyib. Hər iki halda, küçədə söyüş söymə ittihamıyla, on gün inzibati həbs cəzası verilib.





Açar sözlər : 

Yazılıb da (də)   2018 Avg 10  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin