Tarix : 2018 Aug 09
Kod 56078

Əsğər Fərdi son mənzilə yola salınıb – Fotolar

7 avqust tarixində 55 yaşında ürək infarktı nəticəsində ömrünü başa vuran müasir Şəhriyarşünas Əsğər Fərdi bu gün Təbrizdə bir qrup şair, incəsənət xadimi, yerli rəsmilər və adi insanların müşayiəti ilə son mənzilə yola salınıb.

Arannews-Ustadın görüşünə tələsən bu istedadlı şagirdin meyit namazını vəli fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi höccətülislam vəlmüslimin Seyid Məhəmməd Əli Al Haşem tərəfindən qılındı.

Əsğər Fərdi ömrünün son illərini Ustad Şəhriyarı və onun ölməz əsərlərini daha artıq tanıtdırmağa həsr etmişdi.“Divane Safi Təbrizi”, “Şəhriyar və İnqilab”,  “Təbriziyat” və “Bizim qiyamımız” bu səylərin nəticəsi olub.Fərdinin deklamasiyası və Siracın səsindən ibarət olan “Vida” albomu Əsğər Fərdinin ən məşhur əsəridir.

       



  • Yazılıb
  • da (də) 2018 Aug 09
  • Göndərən مدير سايت Aran News