Tarix : 2018 Aug 10
Kod 56082

Sərgüzəşti sakini Bakı – Rufan ibn Marina ibn Venera dər Suriya

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD terror birləşməsinin tərkibində döyüşmüş daha bir azərbaycanlının-Bakı şəhər sakini, 38 yaşlı Rufan Hüseynovun işi üzrə məhkəmə istintaqı tamamlanıb

Arannews- “Truth NGO” Virtualaz.org-a istinadən  xəbər verir ki, məhkəmə bu keçmiş İŞİD terrorçusuna 8 il həbs cəzası kəsib. Cinayət işinin materiallarından məlum olur ki, Rufan Hüseynov Türkiyə üzərindən Suriyaya keçib, İŞİD-in “paytaxtı” elan edilən Raqqa şəhərində daha bir neçə azərbaycanlı ilə birlikdə döyüşüb. Hərçənd özünün iddia etdiyinə görə, orada gördüklərindən sonra İŞİD-dən üz döndərib və Türkiyəyə qaçıb.Valideyinlərinin qoyduğu adı bir kənara tullayıb özünə  “Abu Muhammad” dini ləqəbi götürmüş   R.Hüseynov  ittiham aktına əsasən 2014-cü ilin dekabr ayından 2015-ci ilin martına qədər Suriyada “dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə, döyüş təlimlərində” iştirak edib, İŞİD-in (İslam Dövləti) tərkibində olan “Çeçen camaatı”adlı silahlı qrupa qoşulub. 2015-ci ilin martın ortalarında isə ailəsi ilə birgə Suriyanın Menbic şəhərini tərk edərək Türkiyəyə qayıdıb.  Bir müddət İstanbulda yaşayıb, sonradan saxlanılaraq Azərbaycana deportasiya olunub.

“Evimizi satıb borclarımı ödədim, ailəmi də götürüb Türkiyəyə köçdüm”Təqsirləndirilən Rufan Hüseynov ifadəsində göstərib ki, 2006-cı ildən İslamın əhli-sünnə təriqəti üzrə ibadət edib. 2014-cü ilin yayında “Nizami” metrostansiyasının yaxınlığındakı çayxanalardan birində dini ləqəbi “Abu Daud” olan Fərid adlı şəxslə tanışlığı sonralar dostluğa çevrilib. Bir neçə dəfə İçərişəhərdəki “Ləzgi məscidi”ndə görüşüb, bir yerdə namaz qılıblar, ibadət ediblər.

R.Hüseynovun ifadəsinə görə, Türkiyədə dünyaya gələn övladına sənəd düzəltmək üçün Azərbaycana qayıtmaq məcburiyyətində qalıb. Bakıya döndükdən sonra maddi vəziyyəti daha da ağırlaşıb. Digər  yandan da “Abu Daud”un ona psixoloji təsirləri də öz sözünü deyib. Nəhayət, həyat yoldaşı və üç azyaşlı körpəsi ilə birgə Suriyaya getmək qərarına gəlib.Türkiyədən Suriyaya daşınan İŞİD-çilər“Abu Daud”un tapşırığına əsasən milliyyətcə özbək olan Əli adlı şəxsin vasitəçiliyi ilə Qaziantepə, oradan Suriya sərhəddinə gələrək bələdçinin köməkliyi ilə sərhəddi keçiblər. Sərhəddə onları “pikap” tipli avtomobillərə, qadınları isə mikroavtobuslara yerləşdirib ayrı-ayrılıqda Suriyanın Çerablus şəhərinə aparıblar. Bir gün sonra R.Hüseynov  ailəsi ilə birgə Rakkaya göndərilib.“Fəridin qohumu, dini ləqəbi “Abu Baxr” olan Kamran adlı şəxs Suriyaya gələnləri sərhəddə qarşılayırdı. Gələnləri yaşayış yeri, ərzaqla təmin etməklə məşğul olurdu. Həyat yoldaşımla uşaqlar Rakkada Fəridin ailəsinin yanında qaldı. Mən və mənimlə eyni vaxtda Suriyaya keçən kişilər isə bir həyət evinə aparıldıq. Orada yaşamaq və ibadət etmək üçün şərait var idi. Telefonlarımızı əlimizdən almışdılar, heç kimlə danışmağa, görüşməyə icazə vermirdilər”.

Misirli “Əbu Ənas”ın düşərgəsində əl-Bağdadiyə sədaqət andıİki aya yaxın Rakkada qaldıqlarını deyən R.Hüseynovun ifadəsinə görə, onlara gündə iki saat ərzində Misirdən olan “Əbu Ənas” adlı şəxs dini dərslər və təlimlər keçib. Dərslər bitəndən sonra gecə vaxtı meşəlik əraziyə aparılıblar. Bir aya yaxın həmin ərazidəki “Çeçen camaatı”na məxsus çadırlarda yaşayıblar. Orada silahla davranmaq qaydaları, idman dərsləri, bombalara qarşı özünü müdafiə etmək öyrədilib, təlimlər keçilib. Onunla birgə Azərbaycandan olan və özlərinə “Seyfuddin”, “Abu Aişə”, “Abu Rizvan” kimi dini ləqəblər seçmiş radikal ünsürlər  də təlimlərdə iştirak edib. Təlimlər başa çatdıqdan sonra bir nəfər ərəb millətindən olan şəxs gələrək onlara “İŞİD” və onun rəhbəri Əbu Bəkr əl-Bağdadiyə biət andı içdirib.

İfadəsinin bu yerində R.Hüseynov Raqqada nə işlə məşğul olduğu barədə danışmır. Ancaq deyir ki, Bağdadiyə sədaqət andı içdikdən sonra onu ailəsi ilə birgə Manbic şəhərinə göndəriblər, onlara yaşamaq üçün ayrıca ev verilib, məişət ehtiyacları qismən qarşılanıb.Keçmiş İŞİD-çinin danışdıqlarından: “Ayda 150 dollar maaş verirdilər. “Çeçen camaatı” tərəfindən ərzaqla, geyimlə təmin olunurduq. Manbicdə ailəmlə yaşayırdım. Döyüşlərdə və ya hər hansı yerin mühafizəsində iştirak etməmişəm. Sərbəst şəkildə hərəkət etməyə icazə verildiyi üçün şəhərdə gəzirdim, dükanlara baxırdım. Bir müddət sonra hər şeyin telefonda deyildiyi kimi, videolarda göstərildiyi kimi olmadığını, hər an həyatımıza təhlükə yarandığını, partlayışlar baş verdiyini görüb çox narahat oldum. Dəfələrlə narazılıq etsəm də, mənə irad tutur, səbrli olmağı tövsiyyə edirdilər. Lakin gördüklərimdən sonra Suriyadan qalmaq istəmirdim.

Bu barədə fikrimi Fəridə deyəndə isə aramızda narazılıq düşdü, mübahisə yarandı. Mənə verdikləri “Kalaşnikov” avtomatını əlimdən aldı. Suriyadan məni buraxmayacaqlarını görüncə isə qaçmaq qərarına gəldim. Yerli əhalidən olan avtobus sürücüsü ilə tanış olmuşdum. Müəyyən məbləğ qarşılığında bizi Türkiyəyə apara biləcəyini demişdi. Həmin məbləği toplamaq üçün ailə üzvlərimin qızıllarını, mobil telefonumu satıb ona verdim. Türkiyə ərazisinə keçərkən hərbçilər bizi saxladılar, buraxmaq istəmədilər. Çantalaramıza baxıb yalnız uşaqlara məxsus bəzi əşyalar olduğunu gördükdən sonra buraxdılar. Bir müddət Türkiyədə kirayədə yaşadıq. Ankarada baş vermiş partlayışla əlaqədar Türkiyədə əcnəbilər kütləvi yoxlanılırdı. Mənim də vizamın vaxtı bitdiyindən 2015-ci ilin oktyabr ayında Azərbaycana deportasiya olundum”.Məhkəmə heyəti əlbətdə ki, R.Hüseynovun Suriyada, şiddətli döyüşlərin getdiyi, yüz minlərlə insanın İŞİD-çilər tərəfindən qətlə yetirildiyi Raqqa və Mənbic şəhərində əlində “Kalaşnikov” mağazaları dolaşıb qiymətlərlə maraqlanmaqla gününü keçirdiyi haqda hekayəsinə inanmayıb. Və onu ittiham üzrə təqsirli bilib.

Bakılı “Abu Muhammad”ın arvadı: “Xəstəxana cəsədlə dolu idi…”İstintaq “Abu Muhammad”in arvadı, onunla birlikdə Raqqada olmuş Cəvahir Hüseynovanın da ifadəsini alıb. Qadın deyib ki, Raqqaya çatanda onu  və uşaqlarını Rufandan ayırıblar.Sitat: “Rufanı iki aylıq hərbi və dini təlim keçmək üçün xüsusi məktəbə apardılar. Mən isə uşaqlarımla Fəridlə Kamranın ailəsi ilə bir evdə yaşayırdım. İki ay ərzində Rufanla cəmi bir dəfə görüşdük. Yaşadığım ərazidə hər gün partlayış səsləri eşidirdik, ətrafdakı evlər bombalanırdı, müharibə aparıldığından bizi həyətə çıxmağa da qoymurdular. Rakkada olduğum vaxtda cəmi bircə dəfə qızımı xəstəxanaya aparmaq üçün evdən çıxmışdım. Həmin vaxt xəstəxananın bütün otaqlarının çoxsaylı insan, o cümlədən körpə, uşaq cəsədləri ilə dolu olduğunu gördüm, çox həyəcan keçirdim. Bizimlə eyni evdə yaşayan şəxslərin birinin telefonu ilə anamla əlaqə saxladım. Ona Suriyada olduğumuzu, burada müharibə getdiyini dedim…”.Qeyd edək ki, R.Hüseynovun işində adları çəkilən  “Abu Daud”, “Abu Baxr”, “Abu Aişə”, “Abu Rizvan” və “Seyfuddin” barəsində cinayət işi ayrıca icraata ayrılıb, ibtidai istintaqı aparılır.

 



  • Yazılıb
  • da (də) 2018 Aug 10
  • Göndərən مدير سايت Aran News