Tarix : 2018 Aug 11
Kod 56092

Ərdoğan: Ruslarla əməkdaşlıq Türkiyəni gücləndirir

Türkiyəli lider türk lirəsinin kursunun düşməsinə də diqqət çəkib.

Arannews-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Fətullah Gülənin terror cərəyanını dəstəkləyən və gizlədənlər rəsmi Ankaraya insan haqlarına dair ağıl verə bilməzlər.Onun sözlərinə görə, əlləri yüzlərlə Türkiyə vətəndaşının qanına bələnmiş terrorçuların fəaliyyətinə məhəl qoymayanlar rəsmi Ankara ilə demokratiya mövzusuna üzrə danışa bilməzlər.“Bu xalq təhdid və şantaj dilini qəbul etməyəcək. Türkiyə xalqını sıxışdırmaq cəhdləri də tamamilə puç olmağa məhkumdur”, - deyə Ərdoğan vurğulayıb.Türkiyəli lider türk lirəsinin kursunun düşməsinə də diqqət çəkib.O, türk lirəsinin kursu ilə aparılan manipulyasiyalara baxmayaraq Türkiyə iqtisadiyyatının II kvartalı yüksəlişlə tamamlayacağına əminliyini ifadə edib.Ərdoğan həmçinin bu gün Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığına da toxunub.O, Rusiyadan Türkiyəyə olan turist axınının artmasına diqqət çəkib.“Cari ildə Türkiyəni 6 milyonadək rusiyalı turist ziyarət edəcək. Rusiya ilə münasibətlə ölkələrimizin qüdrətini möhkəmləndirir”, - deyə o bildirib.

  • Yazılıb
  • da (də) 2018 Aug 11
  • Göndərən مدير سايت Aran News