Tarix : 2018 Aug 11
Kod 56093

Çavuşoğlu: “İrana qarşı sanksiyaları tətbiq etməyəcəyik”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Amerikanın İrana qarşı sanksiyalarını tətbiq etməyəcəyini deyib.

 Arannews-İRNA-ya istinadən xəbər verir ki, İranın Prezident Adminstrasiyasının rəhbəri Mahmud Vaizi ilə Ankarada görüşən Çavuşoğlu, açıq şəkildə Amerikanın İrana qarşı sanksiyasını tətbiq etməyəcəkləri barədə bəyanat verdiklərini deyib.Çavuşoğlu İranın müxtəlif məsələlərdə, xüsusilə Amerikanın Hərtərəfli Birgə Fəaliyyət Planından (JCPOA) çıxması məsələsindəki mövqeyinin təqdirəlayiq olduğunu deyib.Mahmud Vaizi də görüşdə Avropa ölkələri və Aİ-nin JCPOA-nı qorumaqda əzmli olduqlarını və bank ilə neft sahəsində İrana bəzi təkliflər təqdim etdiklərini söyləyib.Mahmud Vaizi, həmçinin İran və Türkiyə prezidentlərinin 30 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün yaxşı bir yol xəritəsi çəkdiklərini söyləyib.İranın Prezident Adminstrasiyasının rəhbəri Türkiyənin XİN rəhbəri ilə iki ölkə arasındakı müxtəlif məsələlər haqqında fikir mübadiləsi aparıblar.
  • Yazılıb
  • da (də) 2018 Aug 11
  • Göndərən مدير سايت Aran News