Tarix : 2018 Aug 12
Kod 56101

Kolumbiya Fələstinin müstəqilliyini tanıdı

Kolumbiya Respublikası Fələstini müstəqil, azad və suveren dövlət olaraq tanıdı. Bu qərar Fələstin xalqı və dövləti tərəfindən alqışlanır.

Arannews-Kolumbiya Respublikası Fələstini müstəqil, azad və suveren dövlət olaraq tanıdı. Bu qərar Fələstin xalqı və dövləti tərəfindən alqışlanır.

Kolumbiya Respublikası Fələstini azad, müstəqil və suveren dövlət olaraq tanıdı.“Korrespondent”-in verdiyi məlumata görə, bu haqda Fələstinin Kolumbiya paytaxtı Boqota şəhərindəki səfirliyi məlumat yayıb.“Bu qərar Fələstin xalqı və hökuməti tərəfindən alqışlanır”, – deyə səfirlikdən qeyd ediblər.Əlavə edilir ki, Fələstin “hər zaman Kolumbiyanın simasında yorulmadan sülh axtarışında olan qardaş xalq görürdü, müstəqilliyin tanınması haqda qərar isə 2 xalqı yaxınlaşdıracaq”.İsrail rejiminin Boqotadakı səfirliyi isə Kolumbiyanın məlum qərarını “sillə” adlandırıblar.“Söhbət sadiq müttəfiqə vurulmuş şillədən gedir ki, bu da ölkələrimiz və onların liderlərinin münasibət və yaxınlıq səviyyəsi ilə ziddiyət təşkil edir”, – deyə rejimin Xarici İşlər Nazirliyindən bildiriblər.Qeyd edilib ki, həm qərarın özündən, həm də qərarın qəbul edilmə formasından “təəccübləniblər və məyus olublar”.

  • Yazılıb
  • da (də) 2018 Aug 12
  • Göndərən مدير سايت Aran News