Tarix : 2018 Aug 13
Kod 56103

Ruhani Hacı Abgül Süleymanovun həbsindən 7 il keçir

İslamazeri.com xatırladır ki, bu gün avqust ayının 11-i ilahiyyatçı Hacı Abgül Süleymanovun həbsindən 7 il keçir.

Arannews-O 2011-ci ildə avqust ayının 11-də Ramazan ayında İsmayıllının Lahıc qəsəbəsində həbs edilərək MTN təcridxanasına gətirilmiş, daha sonra ona qarşı ağır ittihamlar irəli sürülmüşdü. 1 ildən çox sürən istintaq və məhkəmə proseslərindən sonra ona hakim tərəfindən 11 il həbs oxunmuşdu.Ruhani özünü heç bir ittihamlarda təqsirli bilməyərək, çıxışlarını və mitinqlərdə öndə getməsini həbsinin əsas səbəbi hesab edib.Hacı Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.  Ruhani bütün ittihamları rədd edib.

  • Yazılıb
  • da (də) 2018 Aug 13
  • Göndərən مدير سايت Aran News