Tarix : 2018 Aug 13
Kod 56105

İran və Azərbaycan-R prezidentləri Aktauda görüşüblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Aktauda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.

Arannews-İRNA xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi vurğulanıb. Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olunub.

Prezidentlər Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanda keçirilən V Zirvə toplantısının və Xəzərin hüquqi statusu haqqında imzalanan Konvensiyanın əhəmiyyətini vurğulayaraq onun gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

  • Yazılıb
  • da (də) 2018 Aug 13
  • Göndərən مدير سايت Aran News