Tarix : 2018 Aug 13
Kod 56110

Ayətullah Xamenei: Korrupsionerlərin cəzalandırılması sürətləndirilsin

İslam inqilabının rəhbəri Ayətulla Xamenei korrupsionerlər haqqında tapşırıq verib.

Arannews- İran mediasına istinadən xəbər verir ki, dünən İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədrinin məktubuna cavabında "Korrupsionerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçirilsin.", -deyə qeyd edilib.

 İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani son günlər İslam inqilabının rəhbərinə bir məktub ünvanlayaraq düşmənlərin İran xalqına qarşı iqtisadi müharibəsinə və belə bir şəraitdə iqtisadi təxribatçılar və korrupsionerlərin düşmənlərin məqsədləri istiqamətində müəyyən cinayətlər törətmələrinə toxunulur və istənilmişdi ki, ölkənin iqtisadi sistemində təxribat törədənlərin cəzalandırılması qanunu və islami cəza qanunu çərçivəsində qətiyyətli və sürətli qarşılaşma istiqamətində xüsusi tədbirlərə icazə verilsin.

 Bu məktubda təklif edilmişdi ki, iqtisadi təxribatçılar və korrupsionerlərin cəzasının azaldılması yaxud ləngidilməsi qadağan edilsin. İslam inqilabının rəhbəri bu təkliflə razılaşaraq "Korrupsionerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçirilsin və məhkəmələrin hökümlərinin yəqinliklə çıxarılmasına lazımı diqqət göstərilsin.", -deyə təsdiqləyib.

  • Yazılıb
  • da (də) 2018 Aug 13
  • Göndərən مدير سايت Aran News