Azərbaycanın "Ba2 Sabit" kredit reytinqi ölkənin ümumi dövlət borcunu və verdiyi zəmanətləri, eyni zamanda zəif bank sektorunu əks etdirir.
Arannews-"Report" xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir."Bununla belə, ölkənin böyük maliyyə aktivləri kredit profilinə əhəmiyyətli dərəcədə dəstək olur" — deyə hesabatda qeyd edilib."Moody`s" həmçinin bəyan edib ki, bu il Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 2017-ci ildə 0,1%, 2018-ci ilin ilk 5 ayında isə 1,6% artıb. İqtisadi inkişaf göstəricisinin 2018-ci ilin yekununda 2%, 2019-cu ilin yekununda isə 3% təşkil edəcəyi proqnozlaşdırılır.
"Artım neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq" — deyə "Moody`s" vurğulayıb