Tarix : 2018 Aug 14
Kod 56115

İran-Gürcüstan ticarət əməkdaşlığı İran məhsulunun ixracına yol açır

Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi: “İran-Gürcüstan ticarət əməkdaşlıqları İranın Qafqaza məhsul ixracına və bu regionda investisiya qoymasına şərait yaradır.”

Arannews-Höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşim cümə axşamı İranın Gürcüstandakı səfiri ilə görüşdə hər iki ölkənin qarşılıqlı əlaqələrin genişlənməsinə meyilli olmasına toxunaraq deyib: “İkitərəfli münasibətləri artırmaq həm İran, həm də Gürcüstan üçün mühümdür. Bu məsələ qarşılıqlı təmayül və etimad əsasında əldə edilmişdir.”

Vəliyyi-fəqihin nümayəndəsi İran məhsullarının Gürcüstana ixracının artmasına da işarə edərək deyib: “Xoşbəxtlikdən, İran və Gürcüstan tacirləri İran məhsulunun Qafqaza ixracı üçün şərait yaradıblar.”Təbrizin imam cüməsi daha sonra vurğulayıb: “İran və Gürcüstan arasında mədəni ortaqlıqlar müxtəlif sahələrdə ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir.Xarici siyasət üzrə məsələlərində dövlət məsullarının birlik nümayiş etdirməsi çox əhəmiyyətli bir məsələdir.”

  • Yazılıb
  • da (də) 2018 Aug 14
  • Göndərən مدير سايت Aran News