Tarix : 2018 Aug 14
Kod 56117

Ərdoğan: ABŞ kürəyimizdən zərbə endirməyə çalışır!

“Türkiyə iqtisadi blokada ilə üz-üzə gəlib."

Arannews--un “Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı Türkiyənin “kürəyindən zərbə” vurmaq niyyətində olmaqda ittiham edib.

“Bir tərəfdən, siz (ABŞ) strateji ittifaqdan danışırsınız... siz bizimlə birlikdə NATO-dasınız, digər tərəfdən isə, strateji həmkarınızın kürəyindən zərbə vurmağa çalışırsınız. Belə bir şeyi qəbul etmək olarmı?”, - deyə o bildirib.Bununla belə Ərdoğan Türkiyəyə qarşı elan edilmiş iqtisadi blokadanı dövlət çevrilişə cəhdin davamı adlandırıb.

“Türkiyə iqtisadi blokada ilə üz-üzə gəlib. Məlum idi ki, Türkiyəyə qarşı (2016-cı il)  15 iyulda başlamış hücumlar bitməyəcək.”, - deyə o qeyd edib.Daha öncə Ərdoğan xəbərdarlıq edib ki, ABŞ-ın birtərəfli siyasəti Türkiyəni yeni dostlar axtarmağa vadar edəcək.

  • Yazılıb
  • da (də) 2018 Aug 14
  • Göndərən مدير سايت Aran News