Tarix : 2018 Aug 14
Kod 56119

İran və Suriya arasında iqtisadi əməkdaşlıq artır

İran nümayəndə heyətinin həmçinin Suriyada kiçik müəssisələri yaratmaq, suvarma sistemləri və elektrik xətləri və Suriyanın yenidən inşa edilməsi kimi məsələləri müzakirə etməsi gözlənilir.

Arannews-İslamazeri.com xəbər verir ki, İran nümayəndə heyətinin iki ölkə arasında üç ay əvvəl imzalanan və iqtisadi əməkdaşlığını nəzərdə tutan əməkdaşlıq sənədinin həyata keçirilməsini müzakirə etməsi gözlənilirSözügedən əməkdaşlıq protokolu İranın yol və urbanizasiya naziri Abbas Axundinin Suriya səfəri zamanı imzalanmışdı.İran nümayəndə heyəti Dəməşqdə Suriya iqtisadiyyat nazirinin müavini Rania Əhməd tərəfindən qarşılanıb.İran nümayəndə heyətinin həmçinin Suriyada kiçik müəssisələri yaratmaq, suvarma sistemləri və elektrik xətləri və Suriyanın yenidən inşa edilməsi kimi məsələləri müzakirə etməsi gözlənilir.

  • Yazılıb
  • da (də) 2018 Aug 14
  • Göndərən مدير سايت Aran News