Tarix : 2018 Aug 14
Kod 56121

Türkiyə ordusu ilə Ərdoğanın himayə etdiyi “ASO” arasında toqquşma olub

Türkiyə ordusu ilə Ərdoğanın himayə etdiyi “ASO” arasında toqquşma olub

Arannews-Suriyanın İdlib şəhərinin şimal-qərb hissəsində Türkiyə Silahlı Qüvvələri ilə “Azad Suriya Ordusu” (“ASO”) adlı silahlı qruplaşma üzvləri arasında toqquşma baş verib. Bu barədə ictimaiyyətə “Əl-Məsdər” telekanalı məlumat yayıb.Məlumata görə, tərəflər arasında qarşıdurma Türkiyə ordusuna məxsus snayperin Kəfr Xum qəsəbəsində bir nəfərə atəş açmasından sonra başlayıb.

Qəsəbə sakinləri və “ASO” silahlılarının qarşılıq verməsi ilə baş verən qarşıdurmada iki tərəfdən də yaralananları olub.

  • Yazılıb
  • da (də) 2018 Aug 14
  • Göndərən مدير سايت Aran News