Tarix : 2018 Aug 15
Kod 56126

Mehman Hüseynov şərti azadlığa buraxıla bilər

Hazırda həbsdə olan bloger Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Blogerin vəkili Şəhla Hümbətova Azadlıq Radiosuna deyib ki, müraciət avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim edilib. Müraciət blogerin cəzasının yarısını çəkməsi ilə əsaslandırılıb.

Arannews-Vəkilin sözlərinə görə, məhkəmə bu tip müraciətlərə on gün ərzində baxmalıdır.Mehman Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar ötən həftə qısa müddətə evə buraxılmışdı. O, hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsinə saxlanır.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlasa da, Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edərək, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.Ancaq hakimiyyət rəsmilərinin deməsinə görə isə, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

 MeydanTv

  • Yazılıb
  • da (də) 2018 Aug 15
  • Göndərən مدير سايت Aran News